Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

4 kənd, yoxsa sülh müqaviləsi?

4 kənd, yoxsa sülh müqaviləsi?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan və Ermənistan delimitasiya üzrə işləri şimal sərhədindən cənuba doğru aparmaq barədə razılaşıb”. 

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq əldə edilib. 

XİN rəhbəri vurğulayıb ki, ötən dövr ərzində iki ölkənin komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər həm Azərbaycanda, həm də Ermənistanda qəbul və təsdiq olunub. 

Ceyhun Bayramov daha spesifik məsələlərin delimitasiya komissiyalarının işinin gedişində müzakirə olunacağını və həllinin gözlənildiyini vurğulayıb.

“Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir. Bu və ya digər yaşayış məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işi çərçivəsində müzakirə ediləcək”,-deyə nazir bildirib. 

Qeyd edək ki, Ermənistan rəhbərliyi son vaxtlar Azərbaycanın işğal altında olan dörd anklav kəndinin geri qaytarılacağını bildirib. Söhbət Sədərək rayonunun Kərki və Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı, Sofulu kəndlərindən gedir. 

Baş nazir Nikol Paşinyan həmin anklavların Ermənistanın 29743 kvadrat kilometr ərazisinə daxil olmadığını deyib. Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumatlara görə, əvvəl Kərki kəndinin qaytarılmasına hazırlıq gedir. 

Sonra Yuxarı Əskipara və digər iki kənddən Ermənistan silahlı qüvvələrinin çıxarılacağı gözlənilir. Bu isə yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətində ciddi addımların atılacağından xəbər verir. 

Lakin sərhədlərin müəyyənləşməsi prosesi Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyinə daxil olsa da, birinci dərəcəli məsələ kimi nəzərdən keçirilmir. Azərbaycan tərəfi ilk növbədə sülh müqaviləsinin reallaşmasını vacib hesab edir. 

Buna nail olmaq üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsi çıxarılmalıdır. Azərbaycan Prezidenti də Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən dərhal sonra sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib. 

Yəni öncə Ermənistanda konstitusiya referendumu keçirilməli, sonra sülh müqaviləsi imzalanmalıdır. 2026-cı ilin sonuna qədər Nikol Paşinyan hakimiyyəti yeni konstitusiyanın qəbuluna nail olarsa, sülh müqaviləsi yaxın aylarda reallaşa bilər. Sərhədlərin delimitasiyası və demarkasiyası paralel şəkildə davam etdiriləcək. 

Hətta sülh sazişinə qədər sərhədlər məsələsində tərəflər bir sıra mühüm nəticələr əldə edə bilərlər. 
Ancaq delimitasiya və demarkasiyanın uzun illər davam edən proses olduğunu nəzərə alsaq, sülh sazişini sonrakı mərhələyə saxlamaq olmaz. 

Bu məntiqlə sülh müqaviləsi illərlə ləngiyə bilər. Paşinyan hökuməti sərhədlərin Sovet dövrü xəritələri əsasında delimitasiyasında daha maraqlı görünür. Məqsəd Ermənistan hakimiyyətinin keçmiş inzibati sərhədlər daxilində “Dördüncü Respublika” konsepsiyasını reallaşdırmaqdır. 

Birinci Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla sərhədləri ləğv edib. Ona görə də sərhədlər yenidən müəyyənləşməlidir. Rəsmi İrəvan bu prosesin qarşısını almaq üçün 29743 kvadrat kilometr ərazidə “Dördüncü Respublika” ideyasını ortaya atıb. 

Lakin Sovet dövrünün 1920-ci ildə başlandığını və həmin vaxt Ermənistan ərazisinin 9 min kvadrat kilometr olduğunu nəzərə alsaq, delimitasiya nəticəsində fərqli nəticə əldə oluna bilər. Bu baxımdan, delimitasiya və demarkasiya xeyli müddət davam edəcək. 

Ermənistan tərəfi eyni zamanda, sərhədlərin müəyyənləşməsi məsələsini önə çəkməklə kommunikasiyaların açılması istiqamətində maneələri aradan qaldırmağa çalışır. 

Xüsusilə də, Qazax-Tavuş sərhədində delimitasiya və demarakasiyanın başa çatdırılması dəmir və avtomobil yollarının açılmasına şərait yaradacaq. Amma bu, Zəngəzur istiqamətində də paralel şəkildə davam etdirilməlidir. 

Yəni Bakı-İcevan dəmir yolunun bərpası TRIPP layihəsinin reallaşmasını ikinci plana keçirməməli, cənubda delimitasiya işlərinin aparılmasına dair razılaşma yerinə yetirilməlidir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: 4 kənd Ceyhun Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri