Icma.az
close
up
RU
4 milyon manat ələ keçirməkdə təqsirləndirilən dəstə ilə bağlı ittiham AKTI

4 milyon manat ələ keçirməkdə təqsirləndirilən dəstə ilə bağlı ittiham AKTI

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda iş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cavid Hüseynlinin vəkili məhkəməyə vəsatət verib. Vəkil məhkəmə prosesinin media üçün qapalı keçirilməsini xahiş edib. O, iclasın açıq keçirilməsinin zərərçəkənlə barışıq prosesinə mane olduğunu bildirib.

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri vəsatətlə razılaşıb. Dövlət ittihamçısı qərarı məhkəmənin mülahizəsinə buraxıb. Məhkəmə isə vəsatəti əsassız sayıb.

Daha sonra ittiham aktı elan edilib. İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmişdən tanışları vasitəsilə Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi, yerində çoxmərtəbəli binanın tikintisi üçün icazə alacaqlarına dair vəd veriblər. Bununla da, zərərçəkmişdən 4 milyon 19 min manat pul alıb, ona qarşı dələduzluq ediblər.

İttiham aktına münasibət bildirən təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli özlərini qismən, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanov isə ümumiyyətlə, təqsirli bilməyiblər.

Hakim təqsirləndirilən şəxslərə bildirib ki, məhkəmə istintaqı zamanı cinayət işi sübuta yetirilərsə, onları 10 ildən 14 ilədək həbs cəzas gözləyir.

Təqsirləndirlən Seymur Məhərrəmov ifadə verməyə hazır olmadığını bildirib.

Sonra təqsirləndirilən Cavid Hüseynli ifadə verib: “Biz qrup olmamışıq. İttihamda deyilir ki, əlbir olmuşuq, bu, belə deyil. Mənim əvvəl hüquq şirkətim olub. Quvat Beybutovla danışaraq sözügedən ərazidə tikinti işlərinin aparılması, oradakı həyət evlərinin sökülməsi və yerində bina tikilməsi ilə bağlı işlərin görülməsini üzərimə götürmüşdüm. Mənə dedilər ki, bu iş alınacaq, amma pul lazımdır. Mən işdən 510 min manat götürdüm. 213 min manatı Seymura verdim.

Sonradan iş alınmayanda biz bu işin taleyi ilə bağlı görüşdük. Ceyhun Əşrəfovu orada gördüm. Ona kimi onunla əlaqəm olmayıb. Bu görüş bir neçə dəfə müxtəlif məkanlarda baş tutdu".

Onun sözlərinə görə, Quvat Beybutov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. İş bir müddət sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilib: "İstintaq bizə ziyanın ödənilməsi üçün 2 ay vaxt verdi. Seymur pulu ödəyəcəyini desə də, ödəmədi və biz 17 oktyabrda Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edildik. Ümumilikdə mən 2 milyon 148 min manat, Seymur 1 milyon 152 min manat, Ceyhun 500 min manat, Rüstəm isə 220 min manat ziyan vurmaqda ittiham edilirik".

Cavid Hüseynli bildirib ki, ziyandan ümumilikdə 927 min manatı ödəyib. Həmin pulun bir qismini (100 min bir dəfə, 177 min bir dəfə) istintaq dövründə, qalan 650 mini sonra ödəyib. Yerdə qalan 1 milyon 148 min manatı növbəti prosesədək ödəyəcək.

Həmçinin qeyd edib ki, onun Quvad Beybutova qarşı dələduzluq niyyəti olmayıb və zərərçəkən verdiyi pulu da girov qarşılığında verib: “Mənim babamdan qalan qırmızı 72 karatlıq yaqut daşım var idi. Pul qarşılığında Quvat məndən girov istədi. Mən onun təklifi ilə razılaşdım. Söhbətimizdən bir müddət sonra görüşdük, girov kimi daşı verdim. Daşın da sertifikatı var və bazar dəyəri 5 milyon dollardan çoxdur. Həmin girovu Quvat mənə qaytarıb. Şikayət ediləndən sonra həmin daşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vermişəm. Üç gün sonra o daş mənə qaytarılıb.

Quvatdan 3 milyon 330 min manat pul götürmüşəm. Bunu əks etdirən çeklər də var. 1 milyon 152 min manatı Seymura vermişəm. Qalan pulu özümə götürüb şəxsi ehtiyaclarıma xərcləmişəm”.

Daha sonra Ceyhun Əşrəfovun vəkili Nail İbadov vəsatət verərək bildirib ki, müvəkkili zərəri ödədiyi üçün barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, lakin Ceyhunun səhhətində problemlər var: "O, müəyyən edilmiş vaxt ərzidə evdə olmalı olduğu üçün səhhətindəki problemi həll edə bilmir. Həmçinin federasiya prezidenti (Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF)-red.) olduğu üçün idman tədbirinə qatılmalıdır".

Vəkil müvəkkili barəsində ev dustaqlığının polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Müşavirədən sonra hakim heyəti vəsatətin təmin edilməsi barədə qərarı elan edib. Təqsirləndirilən Ceyhun Əşrəfov barəsində olan ev dustaqlığı polis nəzarəti altına vetmə qətimkan tədbiri ilə əvəzlənib. Lakin onun ölkədən çıxışına qoyulan qadağa qüvvədə saxlanılıb.

Məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. İttihama görə, təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçiriblər.

Təqsirləndirilən Ceyhun Əşrəfov Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidenti olub. O, istintaq dövründə 515 min manat zərəri ödəyib və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Ötən prosesdə də təqsirləndirilən Cavid Hüseynli ziyanın bir qismini ödədiyi üçün məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustalığı ilə əvəz edilib.

Təqsirləndirilən şəxslərə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri