Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

4 milyonluq dələduzluq işi: KONKRET

4 milyonluq dələduzluq işi: KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda iş adamının milyonlarla pulunu ələ keçirməkdə ittiham olunan Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Seymur Məhərrəmovun vəkilləri – Şaiq Mirzəyev və Orxan Bünyatov vəsatətlə çıxış edib.

Bildirilib ki, bu işdə Məhərrəmova 200 min manat verilib və daha sonra həmin məbləğ Zaur Qurbanova qaytarılıb.

Vəkillərin sözlərinə görə, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərsə, o, ziyanın ödənilməsinə aktiv köməklik göstərə bilər.

“Seymur Məhərrəmovun 20 il qüsursuz xidmətləri olub. Həm pandemiya, həm də 2-ci Qarabağ müharibəsində xidmət edib. Heç vaxt qanun pozuntusuna yol verməyib. Xidməti dövründə təşəkkür və medallar alıb. Himayəsində iki azyaşlı uşağı, xəstə valideynləri var. Buna görə də qətimkan tədbirinin dəyişdirilməsi barədə məsələyə baxan zaman bu halların nəzərə alınmasını xahiş edirik. Çünki o, ev dustaqlığına buraxılsa, ziyanın ödənilməsinə təşəbbüs göstərəcək. Onun şahidlərə təzyiq göstərmək kimi bir niyyəti yoxdur”, – deyə Şaiq Mirzəyev bildirib.

Daha sonra Zaur Qurbanovun vəkili İlhamə Həsənova da müvəkkili barədə həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət verib.

Digər təqsirləndirilən Rüstəm Qafarovun vəkili Esmira Hüseynova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, müvəkkilinin üç mülkü var, həmin mülkləri ziyanın əvəzi olaraq zərərçəkmiş Quvat Beybutova vermək istəyir. Vəkil də müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.

Təqsirləndirilən Cavid Hüseynlinin vəkili Radil Xəlilov da müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət verib. Bildirib ki, Cavid Hüseynli dəymiş ziyandan 927 min manat ödəniş edib. Bu halların nəzərə alınmasını və onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Zərərçəkmiş şəxs yalnız Cavid Hüseynlinin barəsində seçilmiş həbs qərarının dəyişdirilməsinə razı olduğunu deyib.

Dövlət ittihamçısı Elvin Mirzəyev vəsatətlərə münasibət bildirib.

Deyib ki, təqsirləndirilən Cavid Hüseynlinin dəymiş ümumi ziyandan 927 min manat ödəməsi iş materiallarında mövcuddur: “O, əvvələr Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə mühakimə edilib və məhkum olunub. Buna görə də yaxşı bilir ki, ziyanın ödənilməsi əmələ hüquqi qiymət verilməsində nəzərə alınır. Burada vəkillər ziyanın ödənilməsi məsələsini qaldırdılar, bu halların nəzərə alınmasını istəyirlər. Bildirmək istəyirəm ki, iş üzrə ümumi ziyan 4 milyon 19 min manatdır. Bundan da 1 milyon 442 min manat ziyan ödənilib. Bu da ziyanın yarısından da az edir. Təqsirləndirilən şəxslərin iş yeri və gəlirləri yoxdur. Yerdə qalan 2 milyon 500 min manatı ödəyəcəkləri barədə deyilənlər bir o qədər də inandırıcı görünmür. Buna görə də təqsirləndirilən şəxslərin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas görmürəm”.

Dövlət ittihamçısı həmçinin cinayət işinin məhkəmə baxışına verilməsini, işin araşdırılmasını təklif edib. Təqsirləndirilən şəxslər və onların vəkilləri də işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər. Daha sonra hakimlər heyəti müşavirə keçiriblər və hazırlıq iclasının qərarını açıqlayıblar.

Təqsirləndirilən şəxslərdən Cavid Hüseynlinin vəkilinin vəsatəti təmin olunub. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. O, dərhal məhkəmə iclas zalından azadlığa buraxılıb.

Seymur Məhərrəmov, Zaur Qurbanov və Rüstəm Qafarovun vəkillərinin qaldırdığı vəsatətlər ayrı-ayrılıqda təmin olunmayıb.

Məhkəmə baxışı dekabrın 25-ə təyin olunub.

Qeyd edək ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. İttihama görə, 2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları – Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub. Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib.

Belə ki, onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Lakin onlar verdikləri vədə əməl etməyib, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar.

Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatını ödətdirib.

C.Əşrəfov 500 min manat ödəniş edib və onun barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq dövründə digərləri – Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun barəsində isə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən biri Seymur Məhərrəmov hərbi qulluqçudur. O, əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləyib, hazırda təqaüddədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see505

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see312

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see251

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see250

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see243

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see240

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see232

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see225

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see208

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see205

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see202

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see196

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see193

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see193

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see186

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see183

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see178

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see177

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri