Icma.az
close
up
RU
4 nəfərin öldüyü “Range Rover” qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA YENİLƏNİB

4 nəfərin öldüyü “Range Rover” qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA YENİLƏNİB

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "Range Rover"i Ələsgər Əliyevin idarə etməsi ilkin məlumat olub:

"Sonradan araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman ağır sərxoş vəziyyətdə olub. Qəza baş verəndən sonra Ələsgər Əliyev xəstəxanaya zəng edərək qəzaya düşdüklərini deyib və təcili tibbi yardım xidməti göndərilməsini istəyib. Buna görə də ilkin olaraq sürücü kimi Ələsgər Əliyev qeydə alınıb. Hazırda Elşad Kərbalayev tutularaq istintaqa cəlb edilib".

***11:41

Dünən Novxanı-Sumqayıt yolunda "Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin düşdüyü və dörd nəfərin vəfat etdiyi qəza ilə bağlı rəsmi açıqlama verilib.

DİN Mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı "Range Rover"i E. Kərbalayev yox, Ələsgər Əliyev idarə edib:

"İyunun 14-ü gecə saat 1 radələrində Novxanı bağlar sahəsində Ələsgər Əliyevin idarə etdiyi "Range Rover" markalı 10 CO 002 nörməli avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində "Daewoo" markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

"Range Rover" markalı avtomobilin sahibi və sərnişini Elşad Kərbalayev, sükan arxasında olan Ələsgər Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır".

Qeyd edək ki, ilkin yayılan məlumata görə, "Range Rover" markalı avtomobili Elşad Kərbalayev sərxoş vəziyyətdə idarə edərkən piyadanı vurub, daha sonra hadisə yerindən qaçarkən "Damas"la toqquşub. Lakin rəsmi məlumatlarda avtomobili Ələsgər Əliyevin idarə etdiyi və vəfat edən 4 nəfərin "Damas"da olduğu qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Oktyabr 2025 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see382

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see223

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see202

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see195

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see174

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see172

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see163

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see162

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see155

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see147

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see145

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see143

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see140

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see140

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri