Icma.az
close
up
RU
4 Oktyabr Tarixi Zəfər təqviminin ilk zirvəsi ŞƏRH

4 Oktyabr Tarixi Zəfər təqviminin ilk zirvəsi ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

4 oktyabr Azərbaycanın müasir hərb və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın milli qürurunu, əyilməz ruhunu və ədalətin bərpasını təcəssüm etdirən mühüm bir mərhələdir. 2020-ci ilin Vətən müharibəsində əldə olunan bu möhtəşəm qələbə, otuz ilə yaxın davam edən işğal həsrətinə son qoyan ilk böyük şəhər zəfəri idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 4 oktyabrın "Cəbrayıl Şəhəri Günü" kimi təsis edilməsi, yalnız bir coğrafi ərazinin azad olunmasının deyil, həm də milli dirçəlişimizin və hərbi zəfərimizin əbədiləşdirilməsi məqsədini daşıyır.
Cəbrayılın azad edilməsi İkinci Qarabağ Müharibəsinin strateji və psixoloji dönüş nöqtəsi oldu. Məhz bu şəhərin düşmən tapsağından təmizlənməsi Silahlı Qüvvələrimizin döyüş əhval-ruhiyyəsini zirvəyə qaldırdı, gələcək zəfərlərin — Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət, Qarabağın tacı olan Şuşanın azad edilməsinin möhkəm bünövrəsini qoydu.
Azərbaycan Ordusunun Dəmir Yumruq əməliyyatı çərçivəsində həyata keçirdiyi Cəbrayıl əməliyyatı hərb elmi nöqteyi-nəzərindən yüksək peşəkarlıq və fədakarlıq nümunəsidir. Düşmən otuz il ərzində Cəbrayıl və onun ətrafında keçilməz hesab olunan, bir neçə eşelondan ibarət dərin müdafiə xətləri, istehkamlar və mühəndis qurğuları inşa etmişdi. Bu sədlərin yarılması böyük cəsarət, dəqiq planlaşdırma və sarsılmaz iradə tələb edirdi.
Cəbrayıl rayonunun relyefi və yerləşməsi Araz boyu istiqamətdə irəliləmək, Zəngilana və Laçın koridoruna doğru gələcək hücum əməliyyatlarını təmin etmək üçün mühüm platsdarm rolunu oynayırdı.
Cəbrayıl əməliyyatının tərkib hissəsi kimi tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması milli mənlik şüurumuzun, tarixi yaddaşımızın və dövlət suverenliyimizin bərpasının rəmzinə çevrildi.
Şəhərin və ətraf kəndlərin azad olunması ilə düşmənin cənub qruplaşması darmadağın edildi, erməni ordusunun təchizat və manevr imkanları kəsildi.
İşğaldan azad edildikdən sonra Cəbrayıla qədəm qoyarkən qarşılaşdığımız mənzərə erməni vandalizminin və mədəni soyqırımın dəhşətli ölçülərini üzə çıxardı. BMT-nin və beynəlxalq təşkilatların müşahidəçilərinin də təsdiqlədiyi kimi, Cəbrayıl "ruhlar şəhəri"nə çevrilmişdi:
Şəhərdə bir bütöv bina, bir salamat dam örtüyü belə saxlanılmamış, yaşayış evləri,
Tarixi abidələr, məscidlər, qəbiristanlıqlar ya vəhşicəsinə dağıdılmış, ya da təhqir edilərək başqa məqsədlər üçün istifadə olunmuşdu.
Düşmən geri çəkilərkən ərazini kütləvi şəkildə minalayaraq dinc əhalinin və bərpa quruculuq işlərinin qarşısına böyük maneələr çıxarmışdı.
Cəbrayılın azad edilməsindən dərhal sonra dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və yenidenqurma işlərinə start verildi. Təsdiq olunmuş Baş Plan Cəbrayılı sadəcə bərpa etməyi deyil, onu son texnologiyalara və ekoloji standartlara cavab verən müasir, rahat və dayanıqlı bir şəhərə çevirməyi hədəfləyir.
Şəhərin memarlıq simasında milli naxışlar və tarixi üslubla müasir şəhərsalma ənənələri harmonik şəkildə birləşdirilir.
Cəbrayılın gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən biri burada salınan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkıdır. Bu layihə təkcə rayonun deyil, bütün Şərqi Zəngəzur regionunun iqtisadi potensialını reallaşdırmaq məqsədi daşıyır:
İqtisadi zona Azərbaycanın cənub sərhədi boyunca mühüm tranzit ticarət dəhlizi üzərində yerləşərək yükdaşımaların və ticarətin inkişafına təkan verir.
Cəbrayıl Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Əhmədbəyli–Füzuli–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və Horadiz–Ağbənd dəmir yolu xətti Cəbrayıl ərazisindən keçərək həm bölgələrarası əlaqəni yaradır, həm də Zəngəzur koridorunun mühüm tərkib hissəsi kimi beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya olunur.
Cəbrayıl rayonunun azad edilməsi və burada həyata keçirilən layihələr təkcə lokal xarakter daşımır, böyük regional və global geostrateji əhəmiyyətə malikdir. Zəngəzur koridorunun açılması istiqamətində atılan addımlarda Cəbrayıl əsas dayaq nöqtələrindən biridir.
"Cəbrayılın azad olunması İkinci Qarabağ Müharibəsinin gedişində həlledici anlardan biri idi. Bu zəfər Azərbaycan xalqının bükülməz iradəsinin və ordumuzun yenilməz gücünün təzahürüdür."
Bu coğrafi mövqe Türk dünyasını birləşdirən, Mərkəzi Asiyanı Avropa ilə bağlayan regional nəqliyyat-logistika şəbəkəsində Cəbrayılın strateji rolunu getdikcə artırır.
Cəbrayıl təkcə infrastruktur baxımından deyil, mənəvi və mədəni baxımdan da öz köklərinə qayıdır. Əsirlər boyu Azərbaycan xalqının birliyinin, dözümlülüyünün və tarixi keçmişinin rəmzi olan Xudafərin körpüləri bu gün yenidən öz həqiqi sahiblərinin qürur mənbəyinə çevrilib.
Rayon ərazisindəki sərdabələr, qədim yaşayış məskənləri və dini ocaqlar elmi əsaslarla tədqiq olunur, bərpa edilir.
İşğal dövründə məhv edilmiş çinar meşələri, nadir flora və fauna aləmi dövlət proqramları çərçivəsində yeniden salınır, Araz çayı boyu ekoloji balans bərpa olunur.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü keçmişlə gələcəyin, kədərlə qürurun, ədalətsizliklə Zəfərin qovuşduğu müqəddəs bir tarixdir. Otuz il ərzində xarabalıqlara çevrilmiş, xəritədən silinməyə cəhd edilmiş Cəbrayıl bu gün dövlətimizin gücü, xalqımızın birliyi və qəhrəman əsgərlərimizin qanı hesabına yenidən doğulur.
Cəbrayılın hər bir daşında şəhidlərimizin əziz xatirəsi, hər bir yeni binasında isə gələcəyə inamla baxan müasir Azərbaycanın imzası var. 4 oktyabr tarixi hər il təkcə bir şəhərin azad olunmasını deyil, Azərbaycanın bütövlüyünü, sarsılmazlığını və əbədi zəfər yürüşünü bütün dünyaya nümayiş etdirməyə davam edəcəkdir.

Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri