4 saylı cəzaçəkmə müəssəsində həvəskar badminton turniri FOTO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssəsində qadınlar arasında həvəskar badminton turniri keçirillib.
İdman.biz xəbər verir ki, ardıcıl olaraq dördüncü ildir keçirilən və silsilə xarakter daşıyan yarış Azərbaycan Badminton Federasiyası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Qadın həmrəyliyi ruhunda keçirilən yarışın iştirakçıları təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, sosial layihələrə xüsusi diqqət ayıran Azərbaycan Badminton Federasiyası iki il arıdıcıl olaraq Avropa Ədalətli Oyunlar Hərəkatının «Ədalətli Oyun Ruhu» nominasiyası üzrə beynəlxalq «Fair Play» mükafatına layiq görülüb. Federasiya cəzaçəkmə müəssisələrində reallaşdırılan tədbirlər, eləcə də inklüziv və parabadmintonun inkişafı istiqamətində həyata keçirdiyi layihələrə və bununla da badmintonun hamı üçün əlçatanlığını təmin edilməsinə görə bu nominasiya üzrə mükafatlandırılıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 Mart 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















