Icma.az
close
up
RU
4 saylı Vərəm Dispanserinin keçmiş şöbə müdirinə hökm oxundu

4 saylı Vərəm Dispanserinin keçmiş şöbə müdirinə hökm oxundu

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

4 saylı Vərəm Dispanserinin qəbul şöbəsinin keçmiş müdiri Səadət Məmmədova barəsindəki cinayət işinin məhkəmə yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, Səadət Məmmədova Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-c i (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddəsi ilə mühakimə olunub. 

Məhkəmə istintaqı zamanı məlum olub ki, Səadət Məmmədova X.T. adlı vətəndaşdan 2150 manat pul alaraq ona 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyinə söz verib. 

Səadət Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının üzvlərinin tanıdığını bildirməklə vətəndaşı buna inandıra bilib. Lakin sonradan məlum olub ki, onun dedikləri yalandır. 

Bundan başqa, Səadət Məmmədova səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə edib. O, stasionar qaydada müalicə və müayinəyə ehtiyac olmadığı halda qəbul şöbəsində zərərçəkmişin 254 nömrəli stasionar kart tərtib etdirməklə onu dispanserin stasionar şöbəsinə yerləşdirib. 

Səadət Məmmədova məhkəmə zamanı özünü qismən təqsirli bilib. O, dəymiş zərərin müəyyən hissəsini ödədiyinə görə, barəsindəki cinayət işi üzrə icraata 178.2.3-cü maddəyə dair hissədə xitam verilməsini xahiş edib. Məhkəmə bunu nəzərə alıb. 

308.1-ci maddəyə gəlincə, keçmiş şöbə müdiri bu maddə ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Səadət Məmmədova barəsində barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2000 manat miqdarında cərimə cəzası təyin edilib. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri