Icma.az
close
up
RU
4 türk ölkəsi tələyə düşdü : Bakı və Ankara əks həmlə edəcək Detallar

4 türk ölkəsi tələyə düşdü : Bakı və Ankara əks həmlə edəcək Detallar

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Avropa İttifaqı (Aİ) – Mərkəzi Asiya ölkələrinin Səmərqənd sammiti və Yunan Kiprinin suverenliyinin dəstəkləndiyi yekun bəyannamə türk dünyasının qarşıdurması kimi görünsə də, əslində baş verənləri Orta dəhlizdə davam edən mübarizənin tərkib hissəsi adlandırmaq daha doğru olardı. Üzərində fokuslanan Kipr məsələsi isə bu mübarizədə Aİ tərəfindən tələ kimi istifadə olunur.”

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ətrafında son baş verən proseslərə münasibətdə deyib.

Ekspert bildirib ki, sammitin yekun bəyannaməsində “BMT Təhlükəsizlik Şurasının 541 (1983) və 550 (1984) saylı qətnaməsinə öhdəlik təsdiqlənir”.

“40 il öncə qəbul edilmiş bu qətnamələr Yunan Kiprinin suverenliyini qoruyur, adada türk dövlətini qəbul etmir. Türk dövlətlərinin (Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan) Yunan Kiprində səfirlik açması və bu qətnaməni dəstəkləməsi iki mənfi perspektiv yaradır:

– Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyini Türk Dövlətləri Təşkilatında tanıtmaq istiqamətindəki səylərinə ziyan vurur;

– TDT-də birliyin perspektivləri zərər görür, türk dünyasındakı dərin inteqrasiya planları zəifləyir.

Dörd türk dövlətinin yunan Kiprinə dəstək verərək, AB ilə münasibətləri gücləndirmək və ŞKTC-ni dəstəkləmək qarşılığında balans yaratmaq niyyəti istisna edilməməlidir. Hərçənd Aİ-nin planları fonunda Kipr məsələsi Türkiyəyə, ümumilikdə TDT-yə qarşı tələyə çevrilir. Brüsselin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda Kipr amilindən istifadə etməsi ki, bunun dəstək qarşılığında şərt olduğu bəllidir, Orta dəhlizdə möhkəmlənmək məqsədilə məhz TDT-də fikir ayrılığını yaratmağa, Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birliyi parçalamağa hesablanıb.

Bu planda faktiki iştirakçıya çevrilən Mərkəzi Asiya ölkələri üçün Brüssellə əlaqələr Avropa bazarına çıxış əldə etməklə yanaşı, xarici investisiyaları (12 milyard avroluq investisiya paketi qəbul olunub) cəlb etmək, həm də Rusiya və Çinlə münasibətlərdə alternativ güc mərkəzi tapmaq baxımından önəmlidir”.

A.Nərimanlının sözlərinə görə, Avropa İttifaqı üçün Mərkəzi Asiyanın önəmi daha böyükdür:

“Bu, xüsusilə Prezident Donald Tramp Amerikasının mövcud siyasəti fonunda vacibdir.

– Ukrayna müharibəsinin başlanmasından sonra itirdikləri Rusiya bazarını Mərkəzi Asiya bazarı hesabına kompensasiya etməyə çalışırlar;

– Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha geniş şaxələndirməyə nail ola bilərlər;

– Mərkəzi Asiyanın nadir torpaq metalları Aİ üçün xammal ola bilər;

– Çinlə ticarət əlaqələrində Mərkəzi Asiya səmərəli marşrut rolunun oynayır.

Ukrayna müharibəsi və ABŞ-Rusiya anlaşması fonunda geosiyasi güc mərkəzi olmaq planına risklər yaranan ittifaq üçün Mərkəzi Asiya regionu həm Çinlə əməkdaşlıq marşrutunun nəzarətindən çıxmaması, həm Moskvaya qarşı mübarizə, həm də Vaşinqton qarşısında mövqelərini itirməmək baxımından əhəmiyyətlidir. Brüssel Orta dəhlizin Mərkəzi Asiya habında güclənməklə geosiyasi mövqelərini saxlamağa çalışır. Və bununla,

– Orta dəhlizdə ABŞ-Çin rəqabətinin həlledici amilinə çevrilməyə,

– Türkiyənin TDT üzərindən bu dəhlizi nəzarətə götürməyinə

– və Türkiyə üzərindən Aİ-nin rəqiblərinin (ABŞ və Britaniya: hər iki ölkənin fərqli yanaşması olsa da, Aİ-yə qarşı ortaq mövqeyə malikdirlər) dəhlizdə güclənməsinə mane olmağa çalışırlar.

Əks halda, Brüsselin Pekinlə birbaşa əlaqə xətti digər oyunçuların təsirinə düşəcək və ittifaqın geosiyasi proseslərdə rolu rəqiblərinin icazə verdiyi qədər olacaq.


Asif Nərimanlı

Ekspert qeyd edib ki, orta dəhlizin əsas hab mərkəzlərindən olan Azərbaycan və Türkiyənin Aİ ilə toqquşması, təkcə Mərkəzi Asiyaya nəzarət uğrunda deyil, Cənubi Qafqazda kommunikasiyanın açılması üzərində də yaranır:

“Bakı-Ankara Çin-Avropa marşrutuna Zəngəzur dəhlizini daxil etmək istəyir. Aİ isə Ermənistanı tranzitə çevirməyin tərəfdarıdır, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Səmərqənddə, – “Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması oyunu dəyişdirəcək”, – sözləri də bundan qaynaqlanırdı. Aİ Kipr tələsi ilə Türkiyə-Mərkəzi Asiya xəttində çatlar yaradaraq, təkcə Orta dəhlizdə mövqeyi gücləndirmir, həm də Ankaranı öz planına razı salmağı planlaşdırır.

Bunun mümkün olacağı – Mərkəzi Asiyanın Avropa bazarına çıxışı, Aİ-nin Orta dəhlizdə planlaşdırdığı qədər güclənməsi perspektivləri asan deyil. Çünki Aİ-Mərkəzi Asiya marşrutunda əsas keçid olan Bakı və Ankaranın razı olmadığı planın reallaşması sual altındadır”.

Siyasi şərhçi əlavə edib ki, Mərkəzi Asiyada müəyyən nəticə əldə edən Aİ-nin yeni həmlələri gözləniləndir:

1. TDT-də ziddiyyətləri dərinləşdirməyə və Ankaranı Brüssellə hesablaşmağa məcbur etməyə çalışacaq;

2. Ermənistana Bakı və Ankara qarşısında müqavimətini artırmaq məqsədilə dəstək davam etdiriləcək;

3. Azərbaycan-Ermənistan sülh sazişinin mövcud şərtlərdə – 17 maddəlik mətn üzərində imzalanması üçün Bakıya müxtəlif yollarla təzyiqi gücləndirəcək;

4. Mərkəzi Asiya ölkələrini Avropa bazarına çıxışının alternativ yollarını aktuallaşdıra bilər, xüsusilə İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu.

Bakı və Ankaranın əks-həmlələri tükənməyib:

– Türk coğrafiyasında parçalanmanın dərinləşməsinə imkan verməmək: hazırda Kipr məsələsinə görə tənqid olunan dörd türk dövləti ilə təmasların sıxlaşdırılacağı istisna deyil, TDT-nin Bakıda keçiriləcək rəsmi sammiti problemlərin aradan qaldırılması platforması ola bilər;

– Cənubi Qafqazda “açıq qapı” buraxmamaq: Bakı-Tiflis-Ankara xəttini möhkəmləndirmək və Ermənistanın müqavimətini qırmaq.

Baş verənlər Orta dəhlizdə mübarizənin daha açıq və kəskin mərhələdə davam edəcəyi gözləniləntisini ön plana çıxarır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Fransa tarixində ən sürətli qayda pozuntusu

29 Sentyabr 2026 08:53see128

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri