Icma.az
close
up
RU
4 yaşında evdən qaçaraq itlərlə yaşamağa başlayan oğlan FOTO

4 yaşında evdən qaçaraq itlərlə yaşamağa başlayan oğlan FOTO

Icma.az bildirir, Sfera.az portalına istinadən.

İvanın həyatı sevimli uşaqlıq nağılından daha çox faciəli romana bənzəyirdi. Spirtli içki aludəçisi babası tərəfindən böyüdülüb və çox vaxt günlərlə evdə tək qalıb. İvan sağ qalmaq üçün küçələrə çıxıb və Moskva yaxınlığındakı çörək sexinin qarşısında yemək dilənməyə başlayıb.

Sfera.az bu yazıda sizə cəmi dörd yaşında ailəsi tərəfindən baxımsız qalan bu balaca uşağın həyatı haqqında yazı təqdim edir:
 

İvan Mişukov evdəki pis şərait və baxımsızlıqdan qaçaraq özünü küçələrə atıb. Soyuq rus küçələrində sağ qalmaq demək olar ki, mümkün olmayanda dörd sahibsiz it onun taleyini dəyişib. Gecələr onların qucaqlarında isinir, gündüzlər birlikdə yemək axtarırdı. Vaxt keçdikcə İvan bu it dəstəsinin əsl üzvünə çevrilib.
 

Zaman keçdikcə onunla burada rastlaşdığı küçə itləri arasında möhkəm bağ yaranıb. İvan onlara Cessi, Qoqa, Maşa və Seva adını verib və bu dörd dostla iki il küçələrdə olub.
Uşağı xilas etmək üçün əvvəlcə itləri razı salmaq lazım idi
 

Polis İvanı görüb onu küçədən çıxarmaq istəyəndə işlər onların düşündükləri qədər asan olmayıb. Çünki İvana ailəsi qədər sadiq olan bu itlər heç kimi ona yaxın buraxmırdı. Nəhayət, 1998-ci ildə bir neçə uğursuz cəhddən sonra İvan polis tərəfindən xilas edilib.
 

O vaxt onun beş-altı yaşı var idi, amma, sanki böyüklər kimi həyata sadiq qaldı. Yenə də itlərdən ayrılmaq onun üçün asan deyildi.
 

“Onlar məni sevirdilər, mən də onları sevirdim” - deyirdi İvan illər sonra.

İvan uşaq evinə verildi, lakin it ailəsi onu unutmadı. Hətta bir gün uşaq evinin qarşısına gəlib onu axtarırdılar. Təəssüflər olsun ki, hakimiyyət bu sadiq dostları təhlükə kimi görüb aradan götürüb.
 

İvan əsl ailəni yalnız Tatyana Babanina onu övladlığa götürəndə tapdı. Çətin bir başlanğıcdan sonra təhsilini uğurla başa vurdu, dəniz akademiyasını bitirdi və bu gün tam ştatlı işi olan yetkin bir insandır.

Bəs o, özünü necə təcrid etmədi?
 

Bir çox “vəhşi uşaq” həyata uyğunlaşmaqda çətinlik çəksə də, İvan tez bir zamanda təhsilə uyğunlaşdı, nitq qabiliyyətini inkişaf etdirdi və sosial həyata inteqrasiya edə bildi.
 

Bunun ən böyük səbəbi onun küçədə olduğu müddətdə tam təcrid edilməməsi, yəni itlərlə olmasına baxmayaraq insanlarla əlaqəsini tamamilə kəsməməsi idi. Bundan əlavə, onu övladlığa götürən Tatyana Babaninanın sevgi dolu yanaşması, təhsilə verdiyi önəm də bu fərqi yaradan amillərdən olub.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Aprel 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri