Icma.az
close
up
RU
40 manat cəriməsi var, amma yenə də insanların üstünə su sıçradırlar... AÇIQLAMA

40 manat cəriməsi var, amma yenə də insanların üstünə su sıçradırlar... AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Yağışlı günlər artıq başlayır, yollar su ilə dolur və sürətlə hərəkət edən avtomobillər asanlıqla piyadalara və digər nəqliyyat vasitələrinə su sıçradır. Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki, yağışlı havalarda avtomobillərin hərəkəti zamanı su və ya palçığın bilərəkdən piyadalara və ya digər nəqliyyat vasitələrinə sıçradılması inzibati məsuliyyət yaradır və bu qayda pozuntusuna görə sürücülər 40 manat məbləğində cərimə olunur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, elə yerlər var ki, sürücülər məcburən ordan keçməli olur. Onun sözlərinə görə, amma elə yerlər də var ki, insanlar bilərəkdən digər şəxslərin üstünə su sıçradır və bəzən vətəndaşlar bununla bağlı 102 xidmətinə müraciət edirlər:

"Cəriməyə baxmayaraq, belə hallara rast gəlmək mümkündür. Məsələnin həm mənəvi, həm də hüquqi tərəfi var. Hüquqi tərəfi ondan ibarətdir ki, bu qanunla tənzimlənir və aidiyyəti qurum tərəfindən vətəndaşların narazılığı əsasında cərimələr tətbiq olunacaq. Mənəvi tərəfi isə odur ki, təsəvvür edin, biz yolda gedirik, nəqliyyat vasitəsi yanımızdan keçir və biz təzə paltardayıq, iş paltarındayıq, işə gedirik və ya məktəbdən gəlirik, məktəbə gedirik. Bu vəziyyət nə qədər real və xoşdursa, o qədər də narahatedicidir. Bəzən isə hər hansı bir çuxurdan, yamaqdan keçən zaman su sıçrayır. Belə hallarda məsələ ortaya çıxır və qarşılıqlı əlaqələr yaranır. Təəssüf ki, bu hallar tez-tez tərs mütənasib olur: üstünə su sıçrayan adam şikayət edəcək, bəzən dava da baş verəcək. Xatırlayıram ki, əvvəlki vaxtlarda bir neçə dəfə kütləvi dava da olmuşdu. Düzdür, belə hallarda mədəni insanlar saxlayıb, bilmədən etdikdə üzr istəyirlər. Amma bəzi hallarda isə insanlar istəmədən, arxadan və ya digər nəqliyyat vasitəsi ilə gedərək həmin şəxsi saxladır, dava edir, söz-söhbət yaranır və s.", - deyə müsahibimiz yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri