“40 yaşdan sonra belə olurmuş...”
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Avroviziya 2011” qalibi Nigar Camal doğum günü münasibətilə paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında 40 yaşdan sonrakı həyatla bağlı düşüncələrini bölüşüb:
“Həmişə düşünürdüm ki, qırx yaşdan sonra həyat necə olur? Bu, nəhayət, öz xoşbəxtliyindən, rahatlığından və daxili sakitliyindən zövq almağa başladığın illərdir. Eyni zamanda, sevdiyin insanları daha çox qiymətləndirir və qoruyursan. Lazımsız insanlar isə həyatdan yavaş-yavaş özləri çıxıb gedirlər və yanında yalnız ən yaxın, ən səmimi insanlar qalır.
Əlbəttə, problemlər və çətinliklər heç yerə yox olmur. Amma artıq onları sakitliklə və kiməsə nəyisə sübut etmək istəmədən həll etməyi öyrənirsən.
Həyatımda olan, məni sevən və qiymətləndirən hər kəsə – valideynlərimə, qızlarıma, dostlarıma və mənim də sonsuz dərəcədə sadiq olduğum bütün yaxınlarıma çox minnətdaram. Həyatımda olduğunuz üçün təşəkkür edirəm. Sizi hamınızı çox sevirəm, qiymətləndirirəm və sizinlə fəxr edirəm”.
Baxış sayı:32
Bu xəbər 07 Sentyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















