Icma.az
close
up
RU
40 yaşlı qadınlardan danışan professora 64 yaşlı Nailə İslamzadədən CAVAB

40 yaşlı qadınlardan danışan professora 64 yaşlı Nailə İslamzadədən CAVAB

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış həkim, professor Adil Qeybullanın “qadınlar 40 yaşdan sonra pilləkən düşə bilmir” açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun fikirlərinə xüsusilə xanımlar etiraz ediblər.

İstifadəçilər əsəb, stress, gündəlik problemləri əsas gətirərək pfofessorun fikrinə etiraz ediblər. Bir qrup qadın isə bildirib ki, söhbət qadınlardan yox, kişilərdən getməlidir. Onlar sosial şəbəkələrdə “Qadınların işığını söndürən, onları həyatdan soyudan məhz pis həyat yoldaşlarıdır” kimi şərhlərlə reaksiyalarını bildiriblər.

Adil Qeybulla açıqlamasında “Bizim qadınlar 40 yaşdan sonra artıq pilləkən düşə bilmir. Diz oynağı normal işləmir. Klimaks dövründən sonra isə qadınlarımız demək olar ki, ümumiyyətlə, sıradan çıxırlar. Amma xaricdə biz bunu görmürük. Xaricdə 70 yaşlı qadın velosiped sürür. Deməli, fərq var da, biz nələrisə onlardan götürməliyik. Fiziki aktivliyimiz yox dərəcəsindədir. Buna fiziki aktivlik demək olmaz. İnsanlar hər yerə avtomobillə gedirlər, tənbəllik... Piyada gəzənlərin sayı azdır. Hətta bulvarda gəzənlərin də böyük əksəriyyəti “semiçka” əlində elə bil söhbətə çıxır”, - deyə bildirib.

"Cebheinfo.az" xəbər verir ki, professor Adil Qeybullanın qadınlarla bağlı səsləndirdiyi fikirlərə Əməkdar artist, 64 yaşlı aparıcı Nailə İslamzadə münasibət bildirib.

O qeyd edib ki, məsələni yalnız qadınlara aid etmək düzgün deyil:

“Burada qadın və kişini ayırmaq doğru deyil. Sağlam həyat tərzi hər iki cinsə aiddir. Adil Qeybulla qadınlardan danışıb, amma eyni fikirləri kişilərə də şamil etmək olar. Yəqin həmin vaxt ancaq qadınları nəzərdə tutub. Amma kişilər haqqında da danışsa, eyni şeyi deyə bilərdi. İndi çox qadınlarımız var ki, özünə baxır, idman edir, sağlam həyat tərzi keçirir. İdman yalnız gözəllik üçün deyil. İdman sağlam bədəndə sağlam ruh formalaşdırır. Gözəllik tamam ayrı bir şeydir. Allahın verdiyi bədən var, biri də var ki, sən onu dəyişirsən. O dəyişmək ilə həyat tərzi ilə olur.  İnsan yediklərindən ibarətdir. Bəzən elə bilirlər ki, yalnız əməliyyat və həkim vasitəsilə gözəl olmaq mümkündür. Amma bu doğru deyil”.

Nailə İslamzadə bildirib ki, düzgün qidalanma və idman sağlamlığın əsas açarıdır:

“"Fastfood", şirin qazlı içkilər, kolbasa məmulatları, həddindən artıq ət yemək və digər zərərli qidalar sağlamlığa ciddi ziyan vurur. İdman isə əsl sağlamlıqdır. Pilləkən qalxmaq üçün dizlər möhkəm, belin düz olmalıdır. Hər hansı manual terapevtin yanına getsək, bizə yoqa hərəkətlərini məsləhət görəcək. Yəni düz qamət, düzgün nəfəs almaq birbaşa sağlamlığa təsir edir. Mən gözəlliyi ikinci plana qoyuram, çünki ilk növbədə sağlamlıqdır.

Bəzən mən sosial şəbəkədə postlar paylaşıram. Paylaşdığım postlarda məqsədim insanlara göstərməkdir ki, 64 yaşımda belə müəyyən hərəkətləri etmək mümkündür. Bunu nümayiş üçün yox, sağlam qalmaq nümunəsi kimi edirəm. Çoxları soruşur ki, Nailə xanım, sirriniz nədir? Deyirəm ki, bu sirr deyil. Bu, hamının bildiyi bir şeydir, yəni sağlam həyat tərzi. Buna sadəcə əməl etmək lazımdır. Burada genetika da rol oynayır, amma əsas məsələ həyat tərzidir. Məsələn, soruşsaq ki, hansı qadın səhər yuxudan oyanan kimi yarım saat idman hərəkətləri edir? Deyəcəklər ki, etmirik. Burada kişi ya qadın fərqi yoxdur. Hər ikisi sağlam həyat tərzi sürməlidir. Arterial təzyiqi yüksək olan insan bir ay mütəmadi templə yerisə, təzyiqi aşağı düşəcək, qan dövranı yaxşılaşacaq. İnsan sadə hərəkətlərlə özünə baxmağı bacarmalıdır”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see370

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see215

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see178

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see150

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see146

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see138

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri