400 avtomobilin pulunu kim “yeyib”: Zərbəliyev danışdı
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
““Azad Shipping & Logistics” Gürcüstan Respublikasında mənim adıma qeydiyyatda olan şirkət idi. Şirkətə məxsus bütün avtomobilləri müştərilərə təhvil vermişəm. Martın 20-dən sonra heç bir sifariş qəbul etməmişəm. Daha sonra şirkətin adı, təsisçisi və direktoru dəyişib”.
Bunu “Yeni Sabah”a açıqlamasında “Azad Shipping & Logistics” şirkətinin keçmiş rəhbəri deyib.
Bildirək ki, Amerika Birləşmiş Ştatlarından Azərbaycana avtomobil idxalı ilə məşğul olan sözügedən şirkətin 400-ə yaxın avtomobili Gürcüstanın Poti limanında saxlanılıb. Buna səbəb şirkətin Amerikadakı tərəfdaşına 750 min dollar borcu olması göstərilir. Eyni zamanda şikayətçilər sözügedən şirkətin rəhbərliyinin Azərbaycandan qaçdığını da bildirirlər. Pepperoni pizza
Qalmaqalda adı hallanan Azad Logistics and Shipping şirkətinin təsisçisi və rəhbəri Samir Zərbəliyev isə deyir ki, artıq yarım ildir ki, sözügedən şirkətdən ayrılıb:
“Mənim adım əvvəlki şirkətlə bağlı sənədlərdə qala bilər, amma hazırda “Azad Logistika” şirkətində adımın olması mümkün deyil. Sizə sənədlər təqdim edə bilərəm ki, həmin şirkətin fəaliyyəti mart ayından sonra dayanıb. Həmin vaxtdan etibarən Ramil Tağızadə özünə yeni şirkət açıb. O, öz yolu ilə getdi, mən də öz yolumla. Mən də başqa ölkədə, Dubayda şirkət yaratmışam.
Hazırda Dubayda şirkətimin filialını açmaqla məşğulam. İstənilən dövlət qurumu məni çağırarsa, gəlməyə hazıram. Mən heç yerə qaçmamışam və qanunsuz heç nə etməmişəm. Haradan zəng etsələr, bir gün ərzində Bakıda ola bilərəm.
Mən bütün məsələləri A-dan Z-yə qədər yazılı şəkildə, fotoşəkillər və digər sübutlarla göndərə bilərəm. Həmin məlumatları dərc edə bilərsiniz. Heç kim haqqında yalan məlumat yaymıram və öz dediklərimi sübutlarla əsaslandırmağa hazıram.
Məsələn, keçmiş ortağımın – Ramil Tağızadənin şəxsi maraqları və öz büdcəsi üçün pul topladığı hallar olub. Müştərilərə deyirdi ki, pulu onun şəxsi kartına köçürsünlər, o da məsələni həll edəcək. Bununla bağlı məndə kart köçürmələrinə dair qəbzlər və digər sübutlar var. Onların hamısını sizə təqdim edə bilərəm.
“Azad Logistika”nın Gürcüstanda rəsmi təsisçisi mən, Azərbaycan tərəfdə isə Ramil Tağızadə idi.
Ramil Tağızadənin həyat yoldaşı Ülviyyə Tağızadənin kartına həmin dövrdə 30 min dollar köçürüldüyünü təsdiqləyən sübutlar da məndə var. Müştərilər və dilerlər də bu barədə məlumat verə bilərlər. Onlar bildiriblər ki, Ramil Tağızadə pulu Ülviyyə Tağızadənin və başqa şəxslərin kartlarına göndərmələrini istəyib. Bu iddiaları təsdiqləyən sənədləri də təqdim edə bilərəm.
Avtomobillərlə bağlı məsələyə gəlincə, hansı avtomobildən söhbət getdiyini mənə bildirsəniz, onunla bağlı bütün məlumatları və sənədləri təqdim edə bilərəm.
Mən Bakıda yaşayıram, sadəcə hazırda xarici ölkədə şirkət qurmaqla məşğulam. Xaricdə olmağımdan istifadə edərək haqqımda yalan məlumatların yayılmasını düzgün hesab etmirəm. Məndən soruşulan bütün məsələlərə cavab verməyə hazıram. Heç nədən qaçmıram. İstənilən müsahibədə və ya dövlət qurumunda mövqeyimi açıq şəkildə ifadə edə, sənədlərimi və sübutlarımı ortaya qoya bilərəm. Mən kiməsə böhtan atan və qarayaxma kampaniyası aparan tərəf deyiləm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Oktyabr 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















