Icma.az
close
up
RU
400 bal toplayan abituriyentin telefonu olmayıb Mobil telefon təhsilə əngəlmi, fürsətmi?

400 bal toplayan abituriyentin telefonu olmayıb Mobil telefon təhsilə əngəlmi, fürsətmi?

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 13-də IV ixtisas qrupu üzrə keçirilmiş imtahanın nəticələrinə əsasən ölkə birincisi olan Şəki rayonu Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin məzunu Abdulsəmədli Orxan deyib ki, qəbul imtahanınadək mobil telefonu olmayıb.

Həqiqətən də, telefon şagirdlərin oxumasına əngəl törədirmi?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, mobil telefonlar düzgün istifadə olunmadıqda şagirdlər, abituriyentlər və ümumilikdə auditoriyalarda tədris prosesinə ciddi mənfi təsir göstərə bilər. Bu təsir əsasən telefonun hansı məqsədlə və nə qədər istifadə olunmasından asılıdır.

Bəs bu mənfi təsirlər nələrdən ibarətdir?

Rizvan Fikrətoğlu qeyd etdi ki, telefonların mənfi tərəfləri sırasında diqqətin dağılması, sosial şəbəkələrdə vaxt itkisi, davamlı mesajlaşma və oyunlara aludəçilik xüsusi yer tutur:

"Bu cür istifadə həm dərsə fokuslanmanı zəiflədir, həm də vaxt itkisinə səbəb olur. Çox zaman “bir neçə dəqiqə baxım” niyyəti ilə açılan telefon saatlarla istifadə olunur və nəticədə dərsə ayrılmalı olan vaxt boşa gedir. Bu isə zamanla asılılıq yaradır".

Müsahibimizin sözlərinə görə, digər tərəfdən, gecə saatlarında telefondan istifadə yuxu rejimini pozur və yuxunun keyfiyyətini aşağı salır.

"Bu da növbəti günün məhsuldarlığına birbaşa mənfi təsir edir. Bununla belə, mobil telefonlar düzgün və məqsədyönlü istifadə edildikdə, təhsil prosesində faydalı bir vasitəyə çevrilə bilər. Məsələn, müxtəlif təhsil tətbiqləri, elektron dərsliklər, "YouTube" platformasında təhsil məzmunlu videolar, izahlı dərslər və tapşırıq izləmə proqramları vasitəsilə abituriyentlər biliklərini möhkəmləndirə və zamanlarını daha səmərəli idarə edə bilərlər.

Əsas məsələ telefonun özünün “pis” olması deyil, onun necə və hansı məqsədlə istifadə olunmasıdır. Məsələn, 400 bal toplayan bir abituriyentin mobil telefondan uzaq qalması ona fokuslanmaq və intizamlı olmaq baxımından üstünlük qazandıra bilər. Amma başqa birisi üçün doğru və balanslı istifadə mobil telefonu öyrənməni dəstəkləyən effektiv bir vasitəyə çevirə bilər. Nəticə etibarilə, mobil telefonlar təhsilə ya köməkçi, ya da əngəl ola bilər – bu, tamamilə istifadəçinin öz seçimindən asılıdır",- deyə Rizvan Fikrətoğlu vurğuladı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri