Icma.az
close
up
RU
400 min evin sənədləşməsi mümkün olsa da...

400 min evin sənədləşməsi mümkün olsa da...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya Bankı (DB) Qrupunun “Business Ready”  hesabatının 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərdən biri də daşınmaz əmlak sektorunda yeni hüquqi mexanizmlərin hazırlanmasıdır. Həmin mexanizmlərdən biri də sənədsiz tikintilərlə bağlı vəziyyətin tənzimlənməsi və əmlaka aid çıxarışların verilməsinin təmin olunmasıdır. DB-nin müəyyən etdiyi öhdəliklərə əsasən, Azərbaycanın müvafiq dövlət qurumu sentyabrın 1-ə qədər qeyd edilən məsələrlə bağlı normativ hüquqi akt layihəsi və əlaqəli sənədləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməlidir.

Bu prosesdə iştirak edən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, ticarət qeydiyyatı ilə bağlı dövlət qurumları, həmçinin ictimai fəallar və sahibkarlar birgə fəaliyyət çərçivəsində hüquqi akt layihəsinin hazırlanmasını yekunlaşdırmaqdadır. Layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı, biznes fəaliyyəti üçün icazələrin verilməsi, fərdi və hüquqi şəxslərin həyata keçirdiyi fəaliyyətlərin dövlət tərəfindən tənzimlənməsi kimi bir çox istiqamətlər nəzərdə tutulur.

Amnistiya xarakterli fərman əmlakın rəsmiləşdirilməsinə yol açıb

Qeyd edək ki, dövlət başçısının 2015-ci ildə imzaladığı müvafiq fərmana əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər edilib və daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi asanlaşıb. Amnistiya xarakteri daşıyan bu fərman əvvəllər hüquq müəyyənedici sənəd kimi tanınmayan bəzi sənədlərin rəsmi qeydiyyat üçün əsas kimi qəbul edilməsini təsbit edib. Bununla da, vətəndaşlara əmlaklarını leqallaşdırmaq üçün əsaslı imkanlar yaranıb. Nəticədə, on minlərlə əmlakın rəsmi qeydiyyata alınması təmin olunub. Dövlət arxivlərində mövcud olan sənədlər, habelə əvvəlki inventar bürolar və digər müvafiq qurumlar tərəfindən verilmiş sənədlər nəzərə alınmaqla, əmlakın leqallaşdırılması elektronlaşdırılıb.

Bu istiqamətdə aparılan islahatların və Yol Xəritəsindən irəli gələn öhdəliklərin icrası daşınmaz əmlak sektorunda hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsinə səbəb olub. Sentyabrdan qüvvəyə minəcək yeni hüquqi akt da bu sahədə əlavə tədbirlərin tərkib hissəsidir. Yeni qaydalar, həmçinin, əcnəbilərin mənzil mülkiyyətində torpaq hüquqlarının tənzimlənməsi və torpaq icarəsi mübahisələrinin məhkəmədənkənar həlli üçün arbitraj mexanizminin tətbiqini nəzərdə tutur.

“Kölgə mülkiyyəti”nin səbəbkarı kimlərdir?

Mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınması daşınmaz əmlak bazarının sağlam inkişafı üçün başlıca şərt hesab olunur. İndiyə qədər bu istiqamətdə kifayət qədər işlər görülüb, texniki pasportu olan köhnə tikililərin sadələşdirilmiş qaydada qeydiyyata alınmasından sonra artıq yüzlərlə ailəyə rəsmi çıxarış əldə etmək imkanı yaradılıb.

Ancaq problemlər də kifayət qədərdir. Xüsusən də Abşeron yarımadasında təxminən, yarım milyona yaxın əmlak hələ də “kölgə mülkiyyəti” kimi qalır və çıxarış əldə etməsi müşkülə çevrilib. Onların böyük qismi bələdiyyə və yerli icra orqanlarının “xeyir-duası” ilə qanundankənar inşa olunub. Bu isə həmin daşınmaz əmlak sahiblərinin əmlakın girova qoyulması, ipoteka kreditləşməsi, rəsmi satışlar və investisiya axını baxımından məhdudiyyət yaradır.

Yeni hazırlanan layihə də məhz bu sahədə mövcud olan boşluğu aradan qaldırarsa, daşınmaz əmlakın kadastr qeydiyyatına və rəsmi bazara inteqrasiyasına şərait yaradılmasını nəzərdə tutur. Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı mediaya açıqlamasında bildirib ki, yeni hüquqi mexanizmlərin tətbiqi sayəsində ölkə üzrə 400 minə yaxın qanunsuz tikilinin rəsmi sənədləşdirilməsi mümkün olacaq. Bu, o deməkdir ki, layihənin tətbiqi dövlət orqanlarını müəyyən etdiyi meyarlara cavab verən daşınmaz əmlakların çıxarışla təmin olunmasını həll edə biləcək.

1 milyona yaxın sənədsiz evin taleyi yenə qaranlıq qalır

Elə sual da buradan doğur, 400 min tikilinin qanuni əmlak sənədləşməsi öz həllini tapdığı halda, yerdə qalan yüz minlərlə evin taleyi necə olacaq?

Ölkədə 1 milyondan artıq sənədsiz evin olmasını nəzərə alsaq, yeni hüquqi aktın daşınmaz əmlak bazarının təxminən 30 faizinin qanuni əmlak statusu əldə etməsinə imkan yaradacaq. Yəni, yenə də yüz minlərlə ev sahibinin mənzilinin çıxarış alması həll olunmamış qalacaq. Bunun başlıca səbəbi isə tələb olunan meyarlardır. Mövcud qanunvericiliyə əsasən, evin müvafiq sənədləri, ən əsası isə ilkin qeydiyyat sənədlərinin olması vacibdir. Sovet dövründən miras qalmış torpaq sahələrində tikilmiş evlər üçün problem yoxdur, çünki onların icra hakimiyyəti və müvafiq orqanların arxivlərində kökü var. Həmin sənədlərin böyük qismi “ASAN Xidmət” və Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrlərinə də inteqrasiya olunub. Ancaq müstəqillik illərindən sonra icra hakimiyyətinin sənədləri olmadan, bələdiyyələrin verdiyi əsaslı hesab edilməyən sənədlər hüquqi mənbə sayılmadığından bu tipli evlərin taleyi də qaranlıq olaraq qalır. Çünki onların mütləq əksəriyyəti icra hakimiyyəti və əmlak orqanlarının reyestrində görünmür. Bu cür evlər, Abşeron, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər və Xətai rayonlarında daha çoxdur.

Qanun güzəştə getməyi təşviq edir

Azərbaycan Qiymətləndiricilər Palatası təklif edir ki, yeni normativ akt sovet dövründən qalma tikililəri deyil, həm də sonradan bələdiyyə torpaqlarında sənədsiz tikilmiş evlərə də şamil olunsun. Bu, uzun illərdir ki, yorucu və bürokratik əngələ çevrilən qanunsuz əmlak probleminin birdəfəlik həllinə səbəb ola bilər. Proses isə daha çox dövlətə fayda gətirər. Çünki mülkiyyət hüquqlarının tam tanınması sayəsində yüz minlərlə ev və mənzil əmlak vergisinə cəlb ediləcək, ipoteka bazarının genişlənməsinə və vətəndaşların sosial rifahının yaxşılaşmasına təsir göstərəcək. Bu baxımdan yeni institusional çərçivə müəyyənləşməli, Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra orqanları, bələdiyyələr vahid platformada birləşərək  problemin həlli üçün güzəştli mexanim hazırlamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərin özü amnistiyayönümlü olmaqla, müvafiq qurumlara bürokratik maneəni aradan qaldırmağı, əmlakın leqallaşdırılması üçün asan mexanizm tapmağı tələb edir. 

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri