400 minlik yeyintidə ittiham olunan Çingiz Mehdiyevə şərti cəza verildi
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Xatırladaq ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Ötən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin dəymiş ziyanı ödədiyini bildirmişdi.
Bu səbəbdən dövlət ittihamçısı Çingiz Mehdiyevə 3 il sınaq müddəti olmaqla şərti cəza verilməsini təklif etmişdi.
Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Çingiz Mehdiyevə cəza istənildi
03 Mart 2025 16:31
Çingiz Mehdiyevə hökm oxundu
17 Mart 2025 09:46
Prokuror Çingiz Mehdiyevə 10 il həbs cəzası istədi KONKRET
03 Mart 2025 17:04
Çingiz Mehdiyevə 10 il həbs tələb edildi Arif Rəhimov dindirilmədi
03 Mart 2025 16:30
Xanlar Mehdiyevə yüksək vəzifə verildi
27 Fevral 2025 11:13
Baxış sayı:147
Bu xəbər 17 Mart 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















