Icma.az
close
up
RU
41 ci Qadın Parlamentarilər Forumu...

41 ci Qadın Parlamentarilər Forumu...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Bu prosesdə parlament diplomatiyası da aktiv rol oynayır. Azərbaycanın qanunverici orqanı olan Milli Məclis beynəlxalq təşkilatların işində və müxtəlif platformalarda yaxından iştirak edir. Belə platformalardan biri də Qadın Parlamentarilər Forumudur.

Platforma 1978-ci ildən fəaliyyət göstərir

Qeyd edək ki, Qadın Parlamentarilərin Forumu ötən dövr ərzində qadın deputatlara beynəlxalq qərarların qəbulu prosesində iştirak etmək üçün qlobal platforma təqdim edən unikal qurumdur. Qadınların siyasi proseslərdə iştirakı məsələsində qabaqcıl olan Forum Beynəlxalq Parlament İttifaqının hər Assambleyasında toplanır. Qadın Parlamentarilərin Görüşü adlanan Forum milli parlamentlərdə, eləcə də, müxtəlif beynəlxalq təşkilatların strukturlarında gender balanssızlığını aradan qaldırmaq üçün siyasi fəaliyyət göstərir. Bu platforma parlamentlərdə demokratiyanın inkişafına töhfələr verir və üzv ölkələr tərəfindən qəbul edilən qərarlarda gender perspektivini təmin edir. Forum qadın deputatlara digər ölkələrin gender bərabərsizliyi ilə bağlı problemləri öyrənmək imkanı da verir. Ötən illər ərzində bu, bütün dünyada qadın deputatlar arasında əlaqələrin gücləndirilməsi və qadın siyasətçilərin səlahiyyətlərinin artırılması üçün effektiv üsul olduğunu nümayiş etdirir. Lakin kişi deputatların da Forumun işinə töhfə verməsi təklif edilir.

1978-ci ildə kiçik, lakin fəal qadınlar qrupu arasında BMT daxilində qadın qrupları ideyası kimi başlayan platforma o vaxtdan qadın siyasətçilər üçün geniş imkanlar yaradıb. Forum Qadın Parlamentarilər Bürosu tərəfindən dəstəklənir. Büro Forumun işini təşkil edir, Gender Tərəfdaşlığı Qrupunun işinə rəhbərlik edir və Rəhbərlik Şurasına hesabat verir. Büro Qadın Parlamentarilər Forumu tərəfindən seçilir və altı qrupdan olan qadın deputatlardan ibarətdir. Qurumun bir prezidenti və iki vitse-prezidenti var. Prezident avtomatik olaraq təşkilatın İcraiyyə Komitəsinin üzvü olur, digərləri isə Qadın Parlamentarilər Bürosunun üzvü sayılırlar.

İstanbulda keçirilən Forumda nələr müzakirə olunub?

Qadın Parlamentarilər Forumu ənənəvi olaraq müxtəlif ölkələrdə keçirilir. Yeri gəlmişkən, Parlamentlərarası İttifaqın Türkiyənin İstanbul şəhərində keçirilən 152-ci Assambleyası çərçivəsində 41-ci Qadın Parlamentarilər Forumu keçirilib. Forumda iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova çıxışında qadin parlament sədrlərinin 2025-ci ildə keçirilmiş 15-ci Zirvə Toplantısının hesabatını təqdim edib. Azərbaycan parlamentinin sədri bu təqdimatın münaqişələrin, gərginliklərin, qeyri-müəyyənliklərin və artan bərabərsizliklərin hökm sürdüyü bir dövrdə xüsusilə vacib olduğunu qeyd edərək vurğulayıb ki, parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdır. Çünki bu gün dünya sülhün təmin edilməsi üçün dialoqun və inklüzivliyin gücünə ehtiyac duyur. Təqdim olunan hesabatın qadın parlament sədrləri tərəfindən qəbul edilən Bəyannamə olduğunu diqqətə çatdıran Sahibə Qafarova deyib ki, bu sənəd parlamentləri bir araya gətirməyə, sülh və inklüzivlik naminə fəaliyyətə çağırır.

Milli Məclisin sədri çıxışında qeyd edib ki, fəaliyyət üçün çağırışlar heç də həmişə sabit, dinc anlarda meydana gəlmir. Onlar böhran, münaqişə və geriləmə dövrlərində ortaya çıxır. S.Qafarovanın sözlərinə görə, dünyanın bir çox yerlərində zorakılığın, müharibənin və təhlükələrin mövcud olmasının qadınlara və qızlara, onların gələcəyinə necə ağır təsir etdiyini gördükcə, bu məqam səyləri gücləndirməyi və sürətləndirməyi tələb edir. Sənəddə dünyanın mövcud vəziyyəti ilə bağlı dərin narahatlığın, münaqişə və müharibə bölgələrində yaşayan bütün qadın və qızlarla həmrəyliyin ifadə olunduğunu vurğulayan S.Qafarova bu Forumu da eyni həmrəyliyi nümayiş etdirməyə dəvət edib.

Eyni zamanda, hesabatda beynəlxalq humanitar hüquqa və insan haqlarına tam hörmət göstərilməsinə, həmçinin münaqişələrin sülh yolu ilə, danışıqlar vasitəsilə həllinə çağırış, gender bərabərliyini nəzərə alan diplomatiyanın inkişaf etdirilməsini, inklüziv sülh proseslərinə, diplomatiya və xarici siyasətdə qadınların liderliyinin rolunun artırılmasına dair tövsiyələr yer alıb. Milli Məclisin sədri, bu Forumda ədalətli və uzunmüddətli sülhün bərpa olunmasının, münaqişələrin qadın və qızlara təsirlərinin müzakirə olunacağını nəzərə alaraq, Forum iştirakçılarını qadın spikerlər tərəfindən irəli sürülən tövsiyələri bu müzakirələrə daxil etməyə çağırıb.

Sonra Forum digər parlament sədri və parlamentarilərin mövzu haqqında çıxışları və müzakirələrlə davam edib.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri