Icma.az
close
up
RU
42 il təcrübəsi olan işçinin 5000 manatı “buxarlanıb”: Azərbaycan Dəmir Yollarında biabırçılıq

42 il təcrübəsi olan işçinin 5000 manatı “buxarlanıb”: Azərbaycan Dəmir Yollarında biabırçılıq

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dəmir Yolları QSC-də 40 ildən çox can qoymuş işçi haqsızlığa etiraz etdiyi üçün işdən çıxarılıb.

Bu barədə Tribunainfo.az-a müraciət edən Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin  XAZ sexinin böyük mexaniki Eldar Güləliyev bildirib ki, uğradığı haqsızlığın aradan qaldırılmasını istəyir.

O deyib ki, mühafizə olunan dəmir yolu keçidi üçün 900 metr kabel lazım imiş.  “Bu barədə idarənin rəisi Elxan İsmayılova müraciət etdim. Mənə bildirdi ki, kabel yoxdur. Halbuki  dövlət tərəfindən izolyasiya olunmuş külli miqdarda qiyməti olan kabellərlə təmin olunublar. İnsanların həyatı təhlükədə olduğu üçün mən məcbur qalıb bu barədə ölkə başçısına şikayət ünvanladım. Bundan sonra Elxan İsmayılov mənə kabellərlə təmin etdi. Daha sonra isə işdən çıxarıldım”.

Onun sözlərinə görə, Elxan İsmayılov onu iclasda da tənbeh edib: “İdarə rəisi Elxan İsmayılov iclasda bildirdi ki, “nə olsun sən prezidentə şikayət etmisən, istəyirsən lap Səddam Hüseynə şikayət et, burda qanun mənəm”. Bu yəqin harınlamanın son həddidir”.

Şikayətçi qeyd edir ki, o, işdən çıxmasına görə, kompensasiya almalıdır. “Qanuna əsasən işdən azad edildiyimə görə, əmək haqqımın 5 misli qədər kompensasiya almalıydım. Lakin həmin pulu bu günə qədər verməyiblər. İnsan resursları Sevinc Məmmədova və Nahid Bədirov mənə dedilər ki, get hara istəyirən şikayət et. Hətta 2 ay ərzində mənim əmək kitabçamı da qaytarmadılar. Əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin insan resursları Sevinc Məmmədovanın bu sahədə savadı çatmadığı üçün və ya digər səbəblərdən əmri təqdim etmiş, lakin əmək kitabçasını 2 ay təqdim etməmişdi”.

Gülalıyev deyir ki, əmək müfəttişliyinə şikayət etdikdən sonra əmək kitabçası qaytarılıb. “Mən 42 il stajlı dəmiryolçulayam, iş daimi işdir, lakin məcburiyyət qarşısında mənə müddətli müqavilə imzalatdırıblar. İşəgötürən Elxan İsmayılovun yaxın dostu Qəzənfər Abduləzimov  bundan sui-istifadə edərək mənim müqaviləmə xitam verdib”.

Qeyd edək ki, şikayətçi Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevin qəbuluna da gedib: “Nazirə hər şeyi izah etdim. Cənab nazir mənə bildirdi ki, sizin kompensasiyanız ödəniləcək və bu işi nazirliyin insan resursları şöbəsinin rəisi Renat Rüstəmova tapşırdı. Həmin şəxs mənimlə əlaqə saxlayıb soruşdu ki, sizə nə qədər pul ödənilməlidir? Məndə dedim ki, əmək haqqımın 5 misli, yəni 5000 manat. Dedi yaxşı, Elxanla danışaram. 2 gündən sonra isə mən ondan məktub aldım. Məktubda qeyd olunurdu ki, bunun bizə aidiyyəti yoxdur, get məhkəməyə müraciət et. (Həmin məktubu da sizə təqdim edirəm). Mən ona zəng edib soruşdum ki, ay müəllim, bu nə məktubdu mənə göndərmisiz, məgər nazir bilmir bunun kimə aidiyyatı var? Axı nazir mənə camaatın içində söz verdi ki, pulun ödəniləcək.  Renat Rüstəmov mənə cavab verdi ki, bəs o məktubu ele-belə göndərmişəm, sənin pulun ödəniləcək”.

Bizə şikayət edən şəxs Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun da qəbulunda olub. “O mənə söz verdi ki, biz tərəfədan sənə 42 il stajlı dəmiryolçu olduğun üçün 1000 manat ödəniləcək. 1000 manat mənə ödənildi və bildirildi ki, bu  sırf AHİK tərəfindən ödənilir və nazirin vəd etdiyi 5 misli ilə əlaqəsi yoxdur. Sonradan Renat Rüstəmov AHİK-dən verilən pula şərik çıxmaq istədi. Zəng edib məndən soruşdu ki, nə oldu sənə pul ödənildi? Dedim o pul 1000 manatdır, AHİK tərəfindən ödənilib, onun sizə aidiyyəti yoxdur. Dedi ki, yox əslində sənə heç o da düşmür, müraciət etmisən deyə sənə onu veriblər. Dedim, ay müəllim, nazir özü mənə söz verib, siz adi işçisiz, siz necə qərar verə bilərsiz ? Həm də əgər düşmürsə mənə göndərdiyiniz məktubda elə onu yazardınız da, niyə yazırsınız ki, bizə aidiyyəti yoxdur?! Həm də əgər qanunla mənə o pul düşmürsə, bəs 1000  manat  niyə verilib? O sualıma cavab verə bilmədi. Ondan sonra daha mənim zənglərimə də cavab vermir. Görünür pulun qalan hissəsini öz aralarında bölüşdürüblər”.

Yazıda adı keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Aprel 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri