Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

42 yaşlı kişi sevgilisini cəzalandırdı

42 yaşlı kişi sevgilisini cəzalandırdı

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1983-cü il təvəllüdlü Məmməd sevgi münasibətlərində olduğu Sevilə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 25 iyun 2024-cü ildə Xırdalan şəhəri, 28-ci Məhəllədə yerləşən “Jalə” adlı kafenin arxasında baş verib. 
Məmməd həmin gün gecə saat 1 radələrində 28-ci Məhəllədə yerləşən “Jalə” adlı kafenin arxasında tanışı Sevil ilə sonuncunun onu başqa qadınlarla münasibət qurmasına etirazını bildirməsi  səbəbindən aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı yumruqla qəsdən sifət nahiyəsinə üç dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi evdə yaşayır: “Təxminən iki il əvvəl Sevil ilə tanış olmuşam və onunla sevgili münasibətində yaşamışıq. Sevil ilə birlikdə eyni ünvanda kirayə yaşamışıq. Bu səbəbdən valideynlərim Sevil ilə yaşamağıma razı olmayıblar. Bu səbəbdən Sevil ilə eyni evdə yaşamamışam, evdən çıxmışam və həmin evə getməmişəm. Sevilin məni qısqanması səbəbindən barəmdə həqiqətə uyğun olmayan yalanlar danışmağa, məni başqa şəxslərin yanında alçaltmağa başladı”. 
Məmməd qeyd edib ki, iyunun 25-də, gecə saat 1 radələrində “Gülünün kafesi” adlanan kafeyə gedib: “Orada çay içdim, həmin vaxt Sevil də ora gəldi. Sevil kafedə oturaraq mənə söz atmağa başladı. Mən də bir müddət oturdum, sonra oradan getdim. Sevil mənə zəng edərək ora çağırdı. Mənim Sevilə yazığım gəldiyi üçün geri qayıtdım və Sevilin başqa oğlanla oturmasını gördüm. Mən bir müddət orada oturdum, kafe bağlanana yaxın oradan getdim. Sevil mənim arxamca gəldi. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci Məhəllədə yerləşən “Jalə” adlı kafenin arxasında ona hədiyə aldığım üzüyü geri qaytardı. Mən də üzüyü tulladım. Sevil mənimlə kobud və söyüşlə danışmağa başladı. Sevil məni küçə söyüşləri ilə söyərək təhqir etdi və mənim ailə üzvlərimi də söydü. Bu səbəbdən əsəbləşdim və Sevilin sifət nahiyəsinə yumruqla 3 dəfə zərbə vurdum. Həmin vaxt Sevil yıxıldı və mən də oradan uzaqlaşdım”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə, Xırdalan şəhərində yerləşən fərdi evdə yaşayır: “Məmmədi tanıyıram. Onunla qeyri-rəsmi ər-arvad münasibətində kirayə ev tutaraq birlikdə yaşadıq. Məmməd “Tik tok” sosial şəbəkəsində başqa qadınla tanış oldu. Bu səbəbdən məni ataraq hadisədən əvvəl, dörd gün olardı ki, gedərək həmin qadının yanında qaldı”.
Zərərçəkmiş qeyd edib ki, iyunun 25-də Xırdalan şəhərində yerləşən “Gülünün kafesi” adlanan kafedə tanışları ilə spirtli içki içib: “Həmin vaxt Məmməd zəng edərək harada olduğumu soruşdur. Mən də Məmmədə “Gülünün kafesi” adlanan kafedə olduğumu dedim. Həmin vaxt Məmməd olduğum yerə gəldi. Məmməd mənimlə görüşən zaman kişi dostlarım ilə eyni stolda oturmuşdum. Məmməd məndən niyə kişilərlə oturduğumu soruşdu. Mən də Məmmədə niyə dörd gün yanımda olmadığını soruşdum, sonra dedim ki, bu səbəbdən kişilərlə oturmuşam. Məmmədlə bu zəmində aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı Məmməd məni küçəyə çağırdı və 28-ci məhəllədə  yerləşən “Jalə” adlı kafenin arxasında anama söydü. Mən də onun arvadına söydüm. Bu səbəbdən Məmməd sifətimə üç dəfə yumruq zərbəsi ilə vurdu. Məni itələyərək yerə yıxdı, sonra qaçaraq oradan uzaqlaşdı. Mən də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri