43 il toxunmadığı maşınını 65 min avroya satdı
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Fransada 1982-ci ildə sürücülük imtahanından keçə bilməyən sahibinin samanlıqda saxladığı Renault 5 tam 43 il sonra üzə çıxarılıb. Cəmi 12 kilometr yol qət edən avtomobil hərracda ilkin təxmin edilən qiymətindən dəfələrlə baha satılıb.
Hurriyyet.media xarici mediaya istinadən xəbər verir ki, Bourgogne bölgəsindəki bir kənddə tapılan avtomobil Aguttes hərrac evinin Parisdə keçirdiyi açıq satışa çıxarılıb. Avtomobilin 5-10 min avro arasında qiymətə satılacağı gözlənilsə də, hərracın sonunda məbləğ 64 453 avroya yüksəlib.
Avtomobilin ilk sahibi 1982-ci ilin oktyabrında 1108 kubsantimetr mühərrikli, 4 pilləli sürət qutusu olan 5 qapılı Renault 5 sifariş edib. Avtomobil sahibinə çatdırıldıqdan sonra isə sürücülük vəsiqəsi imtahanından keçə bilmədiyi üçün samanlığa yerləşdirilib.
Renault 5 həmin vaxtdan etibarən heç istifadə olunmadan eyni yerdə qalıb. Onun odometrində cəmi 12 kilometr göstərilir.
Avtomobilin orijinallığını artıran digər məqam isə 1982-ci ildə Chalon-sur-Saone şəhərindəki diler tərəfindən verilmiş satış sənədlərinin və sifariş formasının qorunub saxlanılmasıdır.
1972-1984-cü illər arasında istehsal olunan Renault 5 modelindən 5 milyondan çox avtomobil satılıb. Lakin 43 il ərzində demək olar ki, toxunulmadan saxlanılan bu nümunə nadir kolleksiya avtomobili kimi hərrac iştirakçılarının böyük marağına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 Avqust 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















