43 millət vəkilininin üstümüzdə çox böyük haqqı var
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsdiq olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması tarixi faktına əsaslanır".
Redaktor.az xəbər verir ki, bunu deputat Tənzilə Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında çıxışında qeyd etdi.
"Bu ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin tam hüquqli varisi olduğunu göstərməklə yanaşı soydaşlarımızın tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdış perspektivi üçün əsasları daha da gücləndirir. Bu gün biz faktiki varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki milli sərhədlərimizin bərpasına nail olmuşuq, tam və qəti şəkildə bu müstəqilliyə çatmışıq. Azərbaycanın bütün ərazisində artıq suverenliyimiz təsdiq olunub. İstiqlalımız və ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhunu sayğı ilə anıram. Xalqımızı 18 oktyabr Dövlət Müstəqilliyi bərpası münasibətilə təbrik edirəm. Dövlətimiz uca olsun, xalqımız xoşbəxt olsun. Və istəyirəm burdan Azərbaycanın müstəqilliyinin bərpasında başda ulu öndər Heydər Əliyev olmaqla müstəqilliyimizin bərpasına səs vermiş 43 millət vəkilini də sayğı ilə anım. Onların haqqı üstümüzdə çox böyükdür", - deyə millət vəkili bildirdi.
Aminə ŞAHSUVARQIZI


