Icma.az
close
up
RU
43 nəfər 300 bal topladı: keçid balları qalxacaq, enəcək?

43 nəfər 300 bal topladı: keçid balları qalxacaq, enəcək?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

11 illik orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 2 mart tarixli buraxılış imtahanlarının da nəticələrilə birlikdə bu il ümumilikdə 43 nəfər maksimum bal toplayıb. Bu isə keçən ilə nisbətən zəif nəticədir - 10 nəfər azdır. 

Buraxılış imtahanında toplanılan balların ixtisas seçiminə təsiri haqqında Modern.az-a danışan təhsil eksperti  Elçin Əfəndi bildirib ki, nəticələr gözləntiləri doğrultdu, sadəcə maksimal nəticə göstərənlər ötən illə müqayisədə bir qədər azdır:

“200 və daha çox bal toplayanlar isə keçən illə nisbətən daha yüksəkdir. Bu da onu deməyə əsas verir ki, ixtisaslar üzrə formalaşacaq keçid ballarına V qrup və 11 illik bazada kolleclər istiqamətində artım müşahidə olunacaq. Çünki hər iki istiqamət üzrə qəbul məhz buraxılış imtahanında aparılır”.

Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün qəbul etdiyi qərar da keçid ballarına təsir edəcək:

“DİM bu gün elan edib ki, bu il I ixtisas qrupunda həm Rİ (riyaziyyat-informatika), həm də RK (riyaziyyat-kimya) altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər I cəhddə bir, II cəhddə isə digər altqrupu seçə bilərlər. Yəni bir imtahanda iki altqrupu eyni anda seçə bilməzlər. Bu da onu deməyə əsas verir ki, I qrupda riyaziyyat-informatika altqrupu istiqamətində ixtisasların formalaşacaq keçid ballarında müəyyən qədər enmə müşahidə oluna bilər”. 

“Bundan başqa biz 6 aprel tarixli imtahanın nəticələrin də gözləyirik. Burada da əvvəlki ilin məzunları, cari ildə buraxılış imtahanında üzrlü və üzrsüz səbəblərdən iştirak edə bilməyən abituriyentlərin nəticələri bilinəcək. Ondan sonra maksimal nəticə göstərən şagirdlərin daha dəqiq sayını biləcəyik",- deyə sonda E. Əfəndi qeyd edib.  

Təhsil eksperti Elmin Nuri isə qeyd edib ki, ümumi nəticələr onu deməyə əsas verir ki, builki nəticələr keçən ilki nəticələrlə oxşarlıq təşkil edir. Bu da blok imtahanları və ixtisas seçimində daha sərt rəqabətin müşahidə olunacağı deməkdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri