Icma.az
close
up
RU
43 yaşında 9 cu sinif məzunu oldu Şəhla Mirzəyevanın uğur hekayəsi

43 yaşında 9 cu sinif məzunu oldu Şəhla Mirzəyevanın uğur hekayəsi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həyatın ən vacib təməl daşlarından biri olan təhsil sadəcə bilik və bacarıqların əldə edilməsi deyil, həm də insanın şəxsiyyətinin formalaşması, özünəinamının artması və cəmiyyətdə layiqli yer tutması üçün açar rolunu oynayır. Bəzən həyatın çətin sınaqları, müharibənin acı nəticələri və məcburi köçkünlük taleyi insanların təhsil yollarını yarımçıq qoyur. 

Lakin “Eksternat təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar” müxtəlif səbəblərdən təhsilini yarımçıq qoymuş vətəndaşlara yeni bir şans verir. Təhsilin yaşı, zamanı və məkanı olmadığını sübut edən bu sistem sayəsində bir çox insanların illər boyu ürəyində daşıdığı arzular gerçəkləşir. Əsl inam hekayələri məhz belə anlarda yazılır. Bu hekayələr sübut edir ki, təhsilin yaşı, zamanı və məkanı yoxdur. Ölkəmizdə belə hekayələrdən biri illər sonra gerçəkləşən arzusunu gercəkləşdirən Şəhla Mirzəyevaya aiddir.

Şəhla Mirzəyeva təhsilini yarımçıq qoymağa məcbur qaldığı illəri belə xatırlayır:

“Həyatım 1992-ci ilin ağrıları ilə bölündü. Mən o vaxt Laçının Oğuldərə kənd tam orta məktəbində ibtidai sinifdə oxuyurdum. İbtidai sinfi bitirəcəyim il taleyim dəyişdi, məcburi köçkün olduq. Hər şey yarımçıq qaldı; məktəbimiz, uşaqlığımız, arzularımız. Ailəmlə birlikdə Zaqatalaya köçəndə sənədlərim buradakı 3 nömrəli tam orta məktəbə verilsə də, bəzi çətinliklərim təhsilimlə vidalaşmağıma səbəb oldu. Erkən yaşda ailə həyatı qurdum, övladlarım oldu. Hər bir ana kimi övladlarımın təhsilinə xüsusi önəm verdim. Onlar fərqli ixtisaslara yiyələndilər, mən isə içimdə həmişə o yarımçıq qalmış təhsil almaq arzusunun ağrısını daşıdım”.

O qeyd edir ki, məktəbdə həmişə əla qiymətlərlə oxuyub, arzusu bağça müəllimi olmaq olub. Bu sadə, amma gözəl arzu onun uşaq qəlbində böyük yer tutub: “Bu illər ərzində içimdə həmişə bir boşluq, yarımçıq qalan bir arzu yaşayırdı: təhsilimi tamamlamaq. 42 yaşım vardı, ancaq təhsilimlə bağlı heç bir rəsmi sənədim yox idi. Çünki məktəbimiz işğal dövründə yandırılmışdı və bütün arxivlər məhv olmuşdu. Mən həqiqətən də sıfırdan başlamağa məcbur idim.

2024-cü ildə qərar verdim ki, bu arzumu gerçəkləşdirəcəyəm. Lakin həmin dövrdə anamın ağır xəstəliyi və vəfatı məni sarsıtdı. Ümidimi itirmədim, özümü toparladım və 2025-ci ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkil etdiyi eksternat imtahanına qatılmağa qərar verdim. Proses belə idi: aralıq imtahanda uğur qazananlar Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanına buraxılır. Mən hər iki mərhələni uğurla keçərək, 43 yaşımda ümumi orta (9 illik) təhsilimi rəsmi qaydada tamamladım.

Şəhla xanım bu uğurunun sevincini belə ifadə etdi:

“Həyatda təhsillə bağlı çətinliklərlə üzləşən hər kəsə, xüsusilə də gənc qızlara demək istəyirəm: Yaşın, zamanın, məkanın sizi xəyallarınızdan uzaqlaşdırmasına əsla icazə verməyin. Çətinliklər onsuz da həyatın bir parçasıdır. Onlar daim olacaq. Amma əsas olan o çətinliklərin sizi yox, sizin o çətinlikləri aşmağınızdır. Unutmayın, ürəkdən istəsəniz, inamla addımlasanız, bacaracaqsınız. Mənim hekayəm bunun ən canlı sübutudur”. (Mənbə: Azərbaycan müəllimi)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Sentyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri