43 yaşlı həkimin ölümünə səhlənkarlıq SƏBƏB OLUB? Rəsmi REAKSİYA
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Əməliyyatdan sonra həyatını itirən Xəzər Tibb Mərkəzinin həkim-neonatoloqu Gülnarə Əkbərovanın bacısı Səkinə Əhədova onun həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib.
Ölkə.az Bizim.Media-ya istinadən xəbər verir ki, G.Əkbərova "SAF Hospital"da dünyasını dəyişib.
Hospitaldan həkimin orada öldüyü təsdiqlənib. Bildirilib ki, G.Əkbərova tibb mərkəzinə ağır vəziyyətdə gətirilib:
"1983-cü il təvəllüdlü, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyent fevralın 25-də ağır vəziyyətdə digər tibb müəssisəsindən təxliyə olunub. Qəbul zamanı traxeya və traxeostoma nahiyəsindən aktiv qanaxma müşahidə olunurdu.
Müayinədən sonra pasiyent reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində müşahidə zamanı qanaxma davam edib, sonradan qəfil və profuz xarakter alıb. Təxminən 1 500 ml həcmində massiv qan itkisi fonunda hemorragik şok inkişaf edib, arterial təzyiqin kəskin enməsi qeydə alınıb.
Aparılan intensiv terapiya, yüksəkdozalı vazopressor və inotrop dəstək, həmçinin transfuzion və perfuzion müalicəyə baxmayaraq, arterial təzyiqin stabilləşdirilməsi mümkün olmayıb. Massiv qanaxma və proqressivləşən hemorragik şok fonunda pasiyentdə kardiopulmonar fəaliyyətin dayanması baş verib. Aparılmış bütün reanimasion tədbirlərə baxmayaraq, bioloji ölüm qeydə alınıb", - deyə xəstəxananın məlumatında bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Fevral 2026 06:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















