43 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Goranboyda bıçaqlanma hadisəsi olub.
"Unikal"ın məlumatına görə, Kəlbəcər rayon sakini, 2000-ci il təvəllüdlü Süleymanov İsmayıl Eldar oğlu Goranboy rayonunun Qazanbulaq qəsəbəsi ərazisində münaqişə zəminində qonşusu, 1981-ci il təvəllüdlü Nağıyev Vahid Aydın oğluna bıçaqla xəsarət yetirib.
Bıçaq xəsarəti alan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Baxış sayı:74
Bu xəbər 14 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















