Icma.az
close
up
RU
44 günlük Vətən müharibəsi: Azərbaycan Ordusunun tarixi Zəfəri

44 günlük Vətən müharibəsi: Azərbaycan Ordusunun tarixi Zəfəri

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Meydanəli Yolçiyev,

​​​YAP Daşkəsən rayon təşkilatının sədri

XX əsrin əvvəllərindən etibarən erməni millətçi dairələrinin irəli sürdüyü “Böyük Ermənistan” ideyası Cənubi Qafqazda qarşıdurmaların əsas səbəblərindən biri oldu. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar, əhalinin etnik təmizləməyə məruz qalması bu siyasətin qanlı nəticələrindən idi. Xüsusən 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından zorla köçürülməsi Ermənistanın demoqrafik mənzərəsini dəyişməyə xidmət edirdi.

1990-cı illərin əvvəllərində SSRİ-nin süqutundan sonra Ermənistan açıq hərbi təcavüzə keçib və Dağlıq Qarabağla yanaşı ətraf 7 rayonu işğal edib. Nəticədə, yüz minlərlə insan qaçqın və məcburi köçkünə çevrilib, on minlərlə dinc sakin həlak olub. Beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulub, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri isə icra olunmayıb. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi regionda uzunmüddətli qeyri-sabitliyə səbəb olub və sülh prosesini dalana salıb.

27 il ərzində beynəlxalq vasitəçilərin təşəbbüsü ilə aparılan danışıqlar prosesi heç bir nəticə vermədi. Xüsusən 2018-ci ildən sonra Ermənistanda hakimiyyət dəyişikliyi fonunda yeni rəhbərliyin ritorikası açıq şəkildə sülh prosesini iflic etdi. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatı faktiki olaraq diplomatik səylərə son qoydu və qarşıdurmanı dərinləşdirdi.

2020-ci ilin yayında Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat, avqust ayında diversiya qruplarının sızma cəhdi və nəhayət, sentyabrın 27-də genişmiqyaslı hücum göstərdi ki, işğalçı dövlət bu problemi hərbi yolla uzatmaq niyyətindədir. Həmin şəraitdə Azərbaycan beynəlxalq hüquqdan irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başladı. Müharibə artıq qaçılmaz idi, çünki Ermənistan yalnız danışıqlardan yayınmaqla kifayətlənmirdi, həm də yeni ərazilər işğal etmək planlarını reallaşdırmağa çalışırdı.

Azərbaycan Ordusunun illər boyu aparılan islahatlar nəticəsində müasir silahlarla təchizatı, döyüş hazırlığının yüksəldilməsi və yeni nəsil texnologiyaların tətbiqi Qələbənin əsas şərtlərindən biri oldu. Xüsusən pilotsuz uçuş aparatlarının effektiv istifadəsi müharibənin gedişatını dəyişdi. Ordunun döyüş qabiliyyəti ilə yanaşı, əsgər və zabitlərin yüksək ruh yüksəkliyi, vətənpərvərlik hissi də önəmli rol oynadı. Qısa müddət ərzində strateji yüksəkliklərin və şəhərlərin azad edilməsi düşmən üzərində psixoloji üstünlük yaratdı.

Dövlətimizin uzun illər ərzində apardığı diplomatik fəaliyyət beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçılıq siyasətindən xəbərdar olmasına xidmət etdi. Müharibə dövründə balanslı siyasət yürüdülərək xarici təzyiqlərin qarşısı alındı. Türkiyənin birmənalı dəstəyi, Pakistan, İsrail və digər ölkələrin açıq mövqeyi Azərbaycan üçün mühüm siyasi dayaqlar yaratdı. Bu amillər beynəlxalq aləmdə ölkəmizin haqlı mövqeyini gücləndirdi.

Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar beynəlxalq hüquqa tam uyğun idi. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanan bu müharibə faktiki olaraq beynəlxalq hüququn praktiki tətbiqi nümunəsi oldu. Ermənistanın mülki əhaliyə hücumları isə Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi. Azərbaycan həm hərbi, həm də siyasi baxımdan legitim mövqedə dayanaraq qələbəsini beynəlxalq müstəvidə əsaslandıra bildi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyası demək idi. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz qaytarıldı. Bununla Azərbaycan uzun illər işğal altında qalan ərazilərində suverenliyini bərpa etdi.

Şəhid ailələri və qazilərə dövlət dəstəyi genişləndirildi, “YAŞAT” Fondu yaradıldı, müasir reabilitasiya mərkəzləri açıldı. Əsgər və zabitlərə qayğı dövlət siyasətinin prioritetinə çevrildi.

“Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş ərazilərdə yollar, hava limanları, enerji xətləri, məktəblər və xəstəxanalar inşa olunur. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının istifadəyə verilməsi bu siyasətin real nəticələridir.

27 Sentyabr – Anım Günü həm də milli yaddaşın, dövlətçilik ideologiyasının mühüm elementidir. Həmin gün bir tərəfdən xalqın keçmişdə yaşadığı faciələri, digər tərəfdən isə əldə edilən tarixi Qələbəni xatırladır. Anım Günü dövlətin gücünün, xalqın birlik və həmrəyliyinin, beynəlxalq hüquqa əsaslanan mübarizənin təntənəsi kimi qəbul edilir. Hər il keçirilən tədbirlər yeni nəsillərə vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yaşadır, azadlıq və suverenlik dəyərlərinin möhkəmlənməsinə xidmət edir.

27 Sentyabr – Anım Günü şəhidlərin müqəddəs xatirəsinə ehtiramın, dövlətin gücünün və xalqın iradəsinin rəmzinə çevrilmişdir. Vətən müharibəsi göstərdi ki, yalnız milli birlik, güclü ordu və prinsipial siyasi iradə vasitəsilə tarixi ədalət bərpa edilə bilər. Azərbaycan bundan sonra qalib ölkə, müzəffər xalq kimi yeni reallıqlar yaradan bir dövlət olaraq yaşayacaq və quruculuq missiyasını davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri