44 günlükdəki kimi hücumla üz üzəyik: bu, əsl müharibədir! Beqoyan
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Yenə də hücumla üz-üzəyik, amma bu dəfə mənəvi vətənimizi (kilsəni – red.) müdafiə edirik”.
Globalinfo.az xəbər verir ki, bunu tanınmış erməni musiqiçi, siyasi fəal Vahe Beqoyan deyib.
O bildirib ki, Ermənistanda kilsəyə qarşı mübarizə özünün ən amansız mərhələsinə qədəm qoyub:
“Bu, müharibədir — əsl müharibə! Getdikcə 44 günlük müharibəyə daha çox bənzəyir: əsgərlər cəbhədə döyüşür, komandanlığın nə etdiyi məlum deyil. Bunkerlərdə nə ilə məşğuldular, bilinmir.
Müharibəni aparan generallardır; onlar yalnız müdafiəni təşkil etmirlər, həm də uğurlu hücumları planlaşdırırlar. İndi isə bu cür müharibənin yükü sadə ruhanilərin və kilsə yolunda canını fəda edən bir ovuc fəalın üzərinə qalıb.
Belə olmaz. Dəqiq hazırlanmış strategiya, aydın döyüş taktikası, ardıcıl və məqsədyönlü hücum əməliyyatları planı olmalıdır”.
V.Beqoyan erməni din xadimlərini Paşinyan hakimiyyəti ilə mübarizəyə çağırıb.
Qeyd edək ki, Ermənistanda kilsə, xüsusən bütün ermənilərin katolikosu II Qaregin Paşinyan hakimiyyətinə zidd mövqe sərgiləyir. Bu radikal qrup Azərbaycanla sülhün əleyhinə olmaqla yanaşı, revanşist ideyaların daşıyıcısıdır.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 17 Noyabr 2025 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















