Icma.az
close
up
RU
45 il səhnədə olan Firəngiz Mütəllimova: “Serial və filmlərə ona görə çəkilmirəm ki...”

45 il səhnədə olan Firəngiz Mütəllimova: “Serial və filmlərə ona görə çəkilmirəm ki...”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Serial və ya filmə çəkilməyə vaxtım yoxdur”. 

Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova “Cebheinfo.az”-a açıqlamasında deyib. O, hazırda çox məşğul olduğunu bildirib:

“Serial və filmlərlə bağlı təkliflər gəlir. Lakin hazırda həm serial və ya filmə çəkilməyə vaxtım yoxdur, həm də hələ istəmirəm. Əlbəttə ki, xoşuma gələn layihə olsa, qəbul edərəm. İndi işim əsasən teatrdadır. Ən son benefisim olan “Varlı qadın” tamaşasını təhvil verdim. 

Bu tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 45 il səhnədə olmağım münasibətilə hazırlandı. 18-19 aprel tarixlərində təmtəraqlı anşlaq oldu. Həmçinin, məşqlərə, dövlət tədbirlərinə və teatrda çıxışlara gedirəm. Mən teatrda Bədii Şuranın da üzvü olduğum üçün tamaşalarımıza baxıram. Yəni işim çoxdur. Bu səbəbdən də serial və filmlərə çəkilmirəm. Həm də bəzi şeylər xoşuma gəlmir”. 

Sənətçi müasir kommersiya filmlərininin keyfiyyətinin aşağı olmasından da danışıb: 

“Sovet dövründə çəkilən filmlərimiz daha keyfiyyətli və yaddaqalan olurdu. Onlar indiyə qədər izlənilir. Həmin filmlərlə indi çəkilən kommersiya filmlərimiz arasında yerlə göy qədər fərq var. O vaxt aktyor heyəti daha düzgün seçilirdi. Aktyor bir filmə çəkilmək üçün bir neçə kastinqdən keçirdi və onların hər biri Moskvada təsdiq olunurdu. İndi isə belə prosedurlar yoxdur. 

Məsələn, bəzən seriala baxanda orada çəkilənləri tanımıram. Bəzən də eyni aktyorların fərqli seriallarda çəkildiyini görürəm. Dünyanın heç bir yerində belə şey yoxdur. Lakin az sayda da olsa yüksək səviyyəli filmlərimiz də çəkilir. Son olaraq “Tağıyev: Neft” filmini izlədim və çox xoşuma gəldi”. 

Firəngiz Mütəllimova bir çox istedadlı tələbə yetişdirdiyinə də diqqətə çatdırıb: 

“Mənim istedadlı tələbələrim çoxdur. Onların bir çoxu artıq populyardır. Məsələn, rejissor İmran Qurban, “Planet Parni iz Baku”nun aktrisası Nigar Babayeva, “Yuğ” teatrının aparıcı aktrisası Ləman Merihi qeyd edə bilərəm. Siyahını daha da uzatmaq mümkündür. Yəni tələbələrimin əksəriyyətinə bu gün filmlərdə, seriallarda və ya tamaşalarda rast gəlirəm”. 

Xalq artisti son zamanlar teatra marağın artdığını da vurğulayıb: 

“Teatrın indiki vəziyyəti çox əladır. Koronavirus pandemiyasından sonra teatra axın başlayıb. Sadəcə təsadüf nəticəsindəzallar ayda 1-2 dəfə yarıya qədər dolur. Adətən zallar dolu olur. Yəni son zamanlar insanların teatra marağı artıb. Hazırda hər şey çox gözəldir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Firəngiz Mütəllimova Xalq artisti serial film teatr

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri