Icma.az
close
up
RU
45 il sonra ədalət yerini tapdı, Norveç hökuməti təzminat ödəyəcək FOTO

45 il sonra ədalət yerini tapdı, Norveç hökuməti təzminat ödəyəcək FOTO

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Norveçdə 45 ildir davam edən ədalət mübarizəsi yekunlaşıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yekunda Norveç dövlətinin təzminat ödənilməsinə qərar verilib.

Belə ki, 27 mart 1980-ci ildə Norveçin Stavanqer sahillərindəki Ekofisk neft yatağında fəaliyyət göstərən "Alexander Kielland" adlı üzən yaşayış platforması şiddətli fırtına zamanı aşıb. Hadisə zamanı müxtəlif ölkələrdən 123 nəfər həyatını itirib.

Platforma Fransada tikilib və ekspertiza nəticəsində müəyyən edilib ki, qəzaya səbəb tikinti zamanı baş vermiş konstruksiya çatı olub. Lakin platformanın lazımi səviyyədə saxlanmadığı və lazımi qaydada sabitlənmədiyi iddiaları sonradan gündəmə gəlib.

Qəzadan sonra bəzi zərərçəkənlər platformanı işlədən şirkətdən təzminat alıblar. Lakin Norveç dövləti məsuliyyəti öz üzərinə götürmədiyi üçün hadisə illərlə müzakirə mövzusu olaraq qalıb. Ailələr və sağ qalanlar, dövlətin də öz məsuliyyətini qəbul etməli olduğunu iddia edərək, illərlə hüquqi və ictimai mübarizə aparıblar.

Norveç Parlamenti cüzi fərqlə də olsa, kompensasiyanın ödənilməsinə səs verib. Bu qərar parlamentdəki bəzi müxalifət partiyalarının və "Kielland Network" təşviqat qrupunun uzun illər səylərindən sonra qəbul edilib.

Stavanqer Universiteti tərəfindən 2025-ci ildə nəşr olunan bir araşdırma, fəlakətdən zərər çəkənlərin rəsmi qurumlar tərəfindən tərk edildiyini ortaya qoyub.

Norveç Auditorlar Məhkəməsi də 2021-ci ildə dövlət və şirkətlərin qurbanlara kifayət qədər dəstək vermədiyini və məsuliyyətsixlik etdiyini bildirib.

Norveç hökuməti qəzaya görə ictimaiyyətdən rəsmən üzr istəyib və qurbanlara psixososial təsirlərin araşdırılması üçün maliyyə ayırıb.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri