Icma.az
close
up
RU
45 minlik ordu sərhədimizdədir: Zəngəzur, Dərələyəz, sonra isə… Badalyan

45 minlik ordu sərhədimizdədir: Zəngəzur, Dərələyəz, sonra isə… Badalyan

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əsəd ordunun komanda heyətini onun hakimiyyətini tərifləyən, istəklərini yerinə yetirən kadrlarla doldurdu, bu gün Ermənistan ordusunda da belədir. Əsəd heç vaxt hərbi təlim keçirməyib, Ermənistanda da belədir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Armen Badalyan yerli mediaya müsahibəsində deyib.

“Suriya ordusunun vəziyyəti bugünkü ordumuzla eynidir. Suriya ordusunun zabitinə kartof, bir neçə pomidor və cüzi pul verilirdi. Düzdür, Ermənistan ordusunda hələ kartof, pomidor vermirlər, amma maaşı kifayət qədər aşağıdır. Bu gün Ermənistan Suriya yolu ilə çox sürətlə irəliləyir”, – o bildirib.

Badalyan qeyd edib ki, Suriya əsgərləri döyüşsüz təslim oldu, çünki əsgərlər ruhdan düşmüşdülər, döyüşmək iqtidarında deyildilər:

“Suriyada baş verənlər Ermənistanda yalnız bir səbəbdən təkrarlanmır: İran ortada dayanır. Suriyanın məğlubiyyəti İranın məğlubiyyətidir, çünki İran-İraq-Livan-Suriya xətti kəsilir. Suriya İranın xarici siyasətində mühüm ölkə idi. İran Əsədin artıq ölkənin himayədarı olmadığını anlayaraq son anda Suriyaya kömək etmədi.

Ermənistan məsələsində İran belə mövqe nümayiş etdirməyəcək. Azərbaycan İrana görə Ermənistana hücum etmir. SEPAH 45 000 əsgərlə dayanıb və Azərbaycan hücuma keçərsə, öz gücündən istifadə edə bilər. Korpus dərhal Zəngəzur, Dərələyəzi öz nəzarətinə götürərək İrəvana qədər çata bilər. İran üçün Ermənistan Gürcüstandan, Qara dənizdən keçməklə AB-yə daxil olan yeganə quru yolu olaraq qalır. Ermənistanın güneyi Türkiyə və Azərbaycan tərəfindən alınarsa, o zaman İran türk dünyasının əhatəsində qalacaq, bundan sonra onun bir hissəsi İrandan qoparılacaq.

Ən pis ssenari isə budur: İran uğursuzluğa düçar olarsa, Türkiyə-Azərbaycan ordusu Ermənistan ərazisinə girəcək, Suriya ordusunun başına gələnlər bizim ordunun başına gələcək (Ermənistan ordusu döyüşsüz təslim olacaq – red.)”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri