Icma.az
close
up
RU
45 yaşında karyerasını bitirdi

45 yaşında karyerasını bitirdi

Yaponiya millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Dzyuniti İnamoto karyerasını 45 yaşında başa vurub. SİA xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.

2006/2007 mövsümündə “Qalatasaray”da çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu kimi tarixə düşmüşdü. O, “sarı-qırmızılar”ın heyətində 34 matçda 1 qol vurub.

Futbolçu son olaraq ölkəsinin “Nankatsu” klubunun şərəfini qoruyub.

seeBaxış sayı:83
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri