46 günlük əmək məzuniyyəti bu şəxslərə də şamil olunacaq
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
46 günlük əmək məzuniyyəti anlayışı tamamilə yeni deyil və Əmək Məcəlləsinin 120-ci maddəsində bu barədə maddə nəzərdə tutulub. Lakin Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, azı 46 təqvim günü əmək məzuniyyəti hüququ olan işçilərin dairəsi genişləndirilib.
Axar.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, yeni tənzimləməyə əsasən, bu məzuniyyətdən istifadə hüququ olan şəxslərin siyahısına əlavə kateqoriyalar daxil edilib:
“1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı, habelə 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrinin icrası və ya Çernobıl AES-də xidmətlə bağlı səbəblər nəticəsində əlilliyi müəyyən edilmiş işçilər;
2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər;
3. Döyüş əməliyyatları aparılan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş və sonradan əmək fəaliyyətinə cəlb olunmuş şəxslər;
4. Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə layiq görülmüş işçilər.
Qeyd olunan dəyişikliklər sosial ədalətin təmin edilməsinə, xüsusilə dövlət və xalq qarşısında xüsusi xidmətləri olan şəxslərin əmək hüquqlarının daha güclü şəkildə qorunmasına xidmət edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















