48 ildən sonra ilk dəfə ABŞ dən kompensasiya aldılar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“İran 48 illik tarixində ilk dəfə olaraq tətbiq edilən sanksiyalara görə ABŞ-dən maliyyə kompensasiyası almağa nail olub. Müddət ərzində toplanan vəsait “kəpənək xəstəliyi”ndən əziyyət çəkən şəxslərə ödəniləcək”.
“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə “EB Evi” (kəpənək xəstəsi olan uşaqlar üçün QHT) təşkilatının baş direktoru Həmid Həşimi Qolpayeqani bəyanat verib.
“İslam Respublikasının 48 illik mövcudluğu ərzində biz ilk dəfə olaraq ABŞ-yə qarşı hüquqi müstəvidə bu cür maliyyə nəticəsi əldə edə bildik və bu ölkənin əmlakını müsadirə etdik”, – deyə Qolpayeqani vurğulayıb.
Məlumata görə, “EB Evi” təşkilatı və xəstə yaxınları anti-İran sanksiyaları nəticəsində xüsusi tibbi sarğıların ölkəyə tədarükünün dayandırılmasına cavab olaraq məhkəməyə müraciət ediblər. Məhkəmə qərarı ilə ABŞ-yə məxsus neft yükü üzərinə həbs qoyulub və müsadirə edilib. Əldə olunan maliyyə vəsaitinin sanksiyalardan əziyyət çəkən vətəndaşlara təzminat şəklində ödənilməsi planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bəyan etmişdi. Tramp Tehranın artıq nə qurudan, nə dənizdən, nə də havadan effektiv silahlı qüvvələrə malik olmadığını iddia etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Oktyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















