49 yaşlı kişi həmkəndlisi tərəfindən qətlə yetirildi
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Modern.az-a verilən məlumata görə, yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Bu mövzuda digər xəbərlər:Naxçıvanda DƏHŞƏT 49 yaşlı kişi QƏTLƏ YETİRİLDİ
29 Yanvar 2025 15:40
Biləsuvarda 26 yaşlı kişi həmkəndlisi tərəfindən qətlə yetirilib
04 Oktyabr 2026 23:34
49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı
24 Oktyabr 2026 16:28
17 yaşlı futbolçu dostları tərəfindən qətlə yetirildi
03 Aprel 2025 21:52
Xırdalanda 35 yaşlı kişi qətlə yetirildi
17 May 2025 20:20
Baxış sayı:265
Bu xəbər 29 Yanvar 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















