4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 10 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Fransada fəaliyyətə başlayan Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri şəbəkəsinin üzvü olan Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzinin (“European Centre for AI Excellence” - ECAIE) əməliyyatlar üzrə baş direktoru Emili Esparon ilə onlayn formatda görüş keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə 4SİM-in fəaliyyəti, reallaşdırılan layihələr, rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya, Azərbaycanda süni intellekt və rəqəmsal transformasiya sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzinin Əməliyyatlar üzrə baş direktoru məsuliyyətli və etik süni intellektin inkişafı, innovasiya ekosisteminin gücləndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, ECAIE mərkəzi Dünya İqtisadi Forumu və “VivaTech” platformasının tərəfdaşlığı ilə yaradılıb və Avropada süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
Tərəflər arasında əməkdaşlıq təşəbbüsləri, ortaq layihələr və bilik paylaşımı mexanizmləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:231
Bu xəbər 10 Aprel 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















