Icma.az
close
up
RU
4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Davosda Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda panel sessiya təşkil edib.

4SİM-in icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçən panel sessiyada sənaye və enerji sektorlarında süni intellekt, rəqəmsal texnologiyalar və Sənaye 4.0 həllərinin tətbiqi yolu ilə karbonsuzlaşmanın sürətləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və dayanıqlı inkişafın təmin edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə karbonsuzlaşması texnoloji və iqtisadi baxımdan mürəkkəb olan sektorlar üçün Sənaye 4.0-a keçidin strateji əhəmiyyəti diqqət mərkəzində olub.

SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev SOCAR-ın əməliyyatlarda enerji səmərəliliyinin artırılması, istehsalın etibarlılığının və təhlükəsizliyinin yüksəldilməsinə önəm verdiyini, bu məqsədlə tətbiq olunan rəqəmsal həllər barədə məlumat verib. İstehsalat sistemləri ilə informasiya texnologiyalarının səmərəli əlaqələndirilməsinin dəqiq və operativ qərarların qəbuluna imkan yaratdığı bildirilib.

DİF-in Müasir Texnologiyalar və İnnovasiyalar Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju George dayanıqlı enerji keçidinin təmin olunmasında dövlət-özəl sektor əməkdaşlığının, qlobal platformalarla tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Rəqəmsal sənaye ekosistemlərinin formalaşdırılmasının inklüziv transformasiya üçün əsas şərt olduğunu qeyd edib.

“McKinsey & Company” şirkətinin Şimali Avropa regionu üzrə tərəfdaşı Jukka Maksimainen sənayedə enerji keçidində qlobal təcrübəyə əsaslanaraq texnologiyanın tətbiqi ilə yanaşı insan kapitalının inkişafına diqqət çəkib. Aşağı karbonlu və rəqəmsal əsaslı sənaye modellərinə keçid üçün sistemli və mərhələli yanaşmaların vacibliyi barədə məlumat verib.

“Honeywell” şirkətinin qlobal regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşaverinin xərclərin optimallaşdırılması, emissiyaların azaldılması baxımından süni intellekt əsaslı sənaye həllərinin önəmini nəzərə çatdırıb. Nəticələrə əsaslanan qərarların uğurlu transformasiyasında rolunu qeyd edib.

Sessiyanın sonunda Fariz Cəfərov sənaye və enerji sektorlarında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin Azərbaycanın milli rəqəmsal iqtisadiyyat və enerji keçidi gündəliyi ilə uzlaşdığını vurğulayıb, bu istiqamətdə beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin və qabaqcıl qlobal təcrübələrin ölkəmizdə tətbiqinin uzunmüddətli dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri