Icma.az
close
up
RU
“5 10 ildən sonra həkim TAPMAYACAĞIQ” HƏYACAN TƏBİLİ

“5 10 ildən sonra həkim TAPMAYACAĞIQ” HƏYACAN TƏBİLİ

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda həkimlərin ümumi sayı azalıb. 2025-ci ilin əvvəlində ölkədə 35 233 həkim olduğu halda, 2026-cı ilin əvvəlində bu göstərici 34 776 nəfərə düşüb. Beləliklə, bir il ərzində həkimlərin sayı 457 nəfər və ya təxminən 1,3 faiz azalıb.
Bizim.Media Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” məcmuəsinə əsasən xəbər verir ki, ixtisaslar üzrə ən böyük azalma terapevtlər, pediatrlar və cərrahlar arasında qeydə alınıb. Terapevtlərin sayı 8 910 nəfərdən 8 294 nəfərə düşüb. Bu, 616 nəfərlik azalma deməkdir.
Pediatrların sayı isə 2025-ci ildə 3 670 pediatr olduğu halda, 2026-cı ildə onların sayı 3 274 nəfər təşkil edib. Beləliklə, pediatrların sayı 396 nəfər azalıb.
Cərrahların sayı 3 722 nəfərdən 3 543 nəfərə enib. Bu ixtisas üzrə azalma 179 nəfər olub.
Terapevt, pediatr və cərrahlar başda olmaqla, həkimlərin sayının azalması nədən irəli gəlir?
Bizim.Media-ya danışan tibb eksperti Aydın Əliyevin fikrincə, hazırda ölkəmizdə tibbi kadr çatışmazlığı var:
"İstər müxtəlif ixtisaslı həkimlər baxımından, istərsə də orta tibb işçiləri baxımından ciddi kadr çatışmazlığı görülür. Son vaxtlar sosial mediada həkimlərin hədəf alındığını görürük.
 

Milli Onkologiya Mərkəzində Asif həkimin faciəvi şəkildə qətlə yetirilməsindən sonra bir müddət sakitlik var idi. Lakin yenə də həkimlərə qarşı aqressiya müşahidə olunur. Yeri gəldi-gəlmədi, əsası oldu-olmadı, araşdırmadan sanki həkimlərin üstünə hücum çəkirlər. Hər sahədə olduğu kimi, həkimlərin də içərisində savadlısı, az savadlısı, işinin yüksək səviyyəli peşəkarı və peşəkarlığı az olan var.


Üç-beş nəfərə görə bütün Azərbaycan səhiyyəsini qaralamaq düzgün deyil”
Ekspertin sözlərinə görə, həm maddi rifahın yetərli səviyyədə olmaması, həm də insanlar tərəfindən tənqid edilmələri həkimlərdə öz işlərinə qarşı soyuqluq yaradır və onlar başqa ölkələrdə işləməyə gedirlər:
"Bizim kifayət qədər istedadlı həkimlərimiz var ki, xarici ölkələrə axın edirlər. Universitet müəllimi olan həkim yoldaşım dərs keçdiyi qrupda kursda 13 nəfərin 12-sinin Almaniyaya hazırlaşdığını demişdi.

Bu elə bir ciddi məsələdir ki, hazırda lazımi qədər hiss etmirik. Lakin 5-10 il keçəndən sonra çox ciddi boşluqla üzləşəcəyik və onu da tez aradan qaldırmaq mümkün deyil. Bu proses tədricən baş verir.


Bir həkimin yetişməsi üçün ən azı 10 il vaxt lazımdır"
A.Əliyev hesab edir ki, aidiyyəti qurumlar indidən bu məsələ ilə ciddi məşğul olmalı, həkimlərə qarşı qarayaxma kampaniyasının qarşısı alınmalı və tibb işçilərinin maddi rifahı yaxşılaşdırılmalıdır.
Qeyd edək ki, bəzi ixtisaslar üzrə həkimlərin sayı artıb. Məsələn, oftalmoloqların sayı 968-dən 1001-ə, gigiyena-epidemiologiya həkimlərinin sayı isə 558-dən 671-ə yüksəlib.
Xədicə Paşayeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Sentyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri