5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur SİYAHI
Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin aktivləri 2,5 milyard manatdan çox olub.
Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB) (13 milyard 626,9 milyon manat), “Kapital Bank” (11 milyard 320,9 milyon manat), “PAŞA Bank” (9 milyard 407,3 milyon manat), “Xalq Bank” (3 milyard 184,5 milyon manat) və “Bank Respublika”dır (2 milyard 725,7 milyon manat).
Qalan 17 bankdan 7-də aktivlər 1 - 2,5 milyard manat arasında, 10 bankda isə 0,1 - 1 milyard manat arasında olub.
Son 1 ildə 22 bankdan 3-nün – “Kapital Bank”, “Bank BTB” və “Bank VTB Azərbaycan”ın aktivləri azalıb. Müvafiq olaraq 0,5%, 1,7% və 3,4%.
1 bankın – ABB-nin aktivləri demək olar ki, dəyişməyib.
18 bankın isə aktivləri artıb. Bu baxımdan ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (48,5%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (1%) qeydə alınıb.
Əlavə edək ki, aktivlərinin həcminə görə ən böyük bank dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı”, ən böyük özəl bank isə "Kapital Bank" ASC-dir.
Aktivlərinin həcminə görə, bankların renkinqi (31.12.2025)

© Yurd.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 Yanvar 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















