Icma.az
close
up
RU
5 il danışmayan Alzheimer xəstəsində ŞOK dəyişiklik: Alimlər HEYRƏTƏ GƏLDİ

5 il danışmayan Alzheimer xəstəsində ŞOK dəyişiklik: Alimlər HEYRƏTƏ GƏLDİ

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alzheimer xəstəliyindən əziyyət çəkən və son 5 il ərzində, demək olar ki, heç danışmayan yaşlı qadında tətbiq edilən psilosibin (xalq arasında “sehrli göbələk” kimi tanınan maddə) terapiyasından sonra diqqətçəkən dəyişikliklər müşahidə olunub.

Moderator.az xəbər verir ki, Frontiers in Neuroscience elmi jurnalında dərc olunan hadisə analizinə görə, 80 yaşlarında olan qadın 10 ildən artıqdır Alzheimer xəstəliyi ilə yaşayıb. Xəstəliyin irəliləməsi nəticəsində o, danışmaq, emosional reaksiya vermək və ailə üzvləri ilə ünsiyyət qurmaq qabiliyyətini böyük ölçüdə itirib.

Həkimlərin nəzarəti altında aparılan eksperimental müalicə zamanı qadına psilosibin tərkibli “sehrli göbələk” terapiyası tətbiq edilib. Müalicədən sonra qadının uzun illərdən sonra yenidən danışmağa başladığı, ailəsi ilə xatirələrini bölüşdüyü və ətrafdakılarla daha fəal ünsiyyət qurduğu bildirilib.

Araşdırma müəlliflərinin sözlərinə görə, qadında göz təması qurmaq, gülümsəmək və emosional reaksiyalar vermək kimi qabiliyyətlərdə də müvəqqəti yaxşılaşma qeydə alınıb. Hətta bəzi gündəlik fəaliyyətləri daha müstəqil şəkildə yerinə yetirdiyi müşahidə olunub.

Bununla belə, alimlər vurğulayırlar ki, əldə edilən nəticələr yalnız bir xəstə üzərində aparılmış müşahidəyə əsaslanır və bunu Alzheimer xəstəliyinin müalicəsi kimi qiymətləndirmək düzgün deyil. Müşahidə olunan yaxşılaşmaların daimi olmadığı qeyd olunur.

Mütəxəssislər hesab edirlər ki, psilosibin tərkibli “sehrli göbələklər”in beyin fəaliyyətinə təsiri gələcəkdə Alzheimer və digər nevroloji xəstəliklərin araşdırılmasında yeni imkanlar aça bilər. Lakin bu istiqamətdə genişmiqyaslı klinik tədqiqatların aparılmasına ehtiyac var.

Hazırda psilosibin terapiyası bir sıra ölkələrdə depressiya və digər psixi pozuntularla bağlı eksperimental araşdırmalarda öyrənilsə də, Alzheimer xəstəliyinin standart müalicə üsulu hesab edilmir.

(musavat)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyun 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see394

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see323

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see265

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see262

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see258

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see245

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see240

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see231

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see228

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see221

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see219

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see219

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see217

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see215

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see207

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see205

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see202

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see199

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see198

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

22 Noyabr 2026 06:49see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri