Icma.az
close
up
RU
5 il ərzində yeni dişləriniz çıxa biləcək Dərman hazırlandı

5 il ərzində yeni dişləriniz çıxa biləcək Dərman hazırlandı

Lent az saytına istinadən Icma.az xəbər verir.

Yaponiyada stomatologiyanı tamamilə dəyişə biləcək elmi irəliləyiş baş verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Osaka şəhərindəki Kitano xəstəxanası və Kioto Universiteti alimləri orqanizmin öz dişlərini yenidən böyütməsinə imkan verən eksperimental preparat hazırlayıblar.

Alimlərin kəşfi necə işləyir?

Araşdırmaçılar uzun illər USAG-1 adlı geni öyrəniblər. Məlum olub ki, bu gen insan orqanizmində yeni dişlərin formalaşmasını “dayandıran təbii əyləc” rolunu oynayır. Komanda həmin geni müvəqqəti olaraq bloklayan preparat yaradıb. Nəticədə bədən siqnal alır və mövcud diş cücərtilərindən yeni diş formalaşdırmağa başlayır.

Araşdırmaya rəhbərlik edən Katsu Takahashi bildirib: “Biz dişlərini itirən insanlara kömək etmək istəyirik. Daimi nəticə verən müalicə üsulu hələ mövcud deyil, amma yeni dişlərin böyüdülməsi ilə bağlı insanların gözləntilərinin çox yüksək olduğunu hiss edirik”.

Klinik sınaqlar və ilkin nəticələr

Preparatın ilk klinik sınaqları sentyabr 2024-də başlayıb və 11 ay davam edəcək. Sınaqlarda 30 nəfər kişi iştirak edir (30-64 yaş arası), onların hər biri ən azı bir dişini itirib. Dərman damardaxili (intravenoz) üsulla yeridilir. Məqsəd – onun insan üçün təhlükəsiz və effektiv olduğunu sübut etməkdir.

Əhəmiyyətli məqam odur ki, əvvəlki heyvan tədqiqatlarında heç bir mənfi yan təsir müşahidə edilməyib.

Gələcək planlar və stomatologiyada inqilab

Əgər bu mərhələ uğurla nəticələnərsə, növbəti sınaqlar 2-7 yaşlı uşaqlar üzərində aparılacaq. Bu uşaqlar bir neçə dişin anadangəlmə olmaması problemini yaşayırlar.

Elm adamlarının hədəfi 2030-cu ilə qədər dərmanı geniş ictimaiyyət üçün əlçatan etməkdir. İlkin mərhələdə o, anadangəlmə diş çatışmazlığı olan insanlara təyin olunacaq, lakin alimlər gələcəkdə dişini travma və ya xəstəlik səbəbindən itirən hər kəsin bu müalicədən yararlana biləcəyinə ümid edirlər.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf diş implantları və protezlərinin yerini tamamilə dəyişə, stomatologiyada yeni dövr aça bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri