“5 il ömrüm qalıb”
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şər ruhlar” (“Evil dead”) filmlərinin ulduzu Brüs Kempbell xərçəng diaqnozu qoyulub ilə bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, 68 yaşlı aktyor “The Adam Carolla Show” podkastında həkimlərin ona təxminən beş il ömrünün qaldığını deyiblər.
“Diaqnoz qoyulan xərçəng növü barədə ətraflı danışmaq istəmirəm. Hazırkı proqnoz beş ildir” deyə, aktyor qeyd edib.
Kempbell xəstəliyinə təslim olmaq fikrində olmadığını vurğulayıb. Onun sözlərinə görə, məqsədi diaqnozu ilə yaşamaq, ondan ölmək deyil.
Hazırda Kempbell əsas diqqətini yeni filmi “Ernie & Emma”nın tanıtımına yönəldib. O, film üzərində işləyərkən digər problemləri düşünmədiyini və qarşısına çıxan çətinlikləri bir-bir həll etdiyini söyləyib.
Qeyd edək ki, aktyor xəstəliyi barədə ilk dəfə mart ayında məlumat verib. O zaman Kempbell xəstəliyin müalicəyə tabe olduğunu, lakin tam sağalan olmadığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 Sentyabr 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















