5 ildən bir imtahana çağırırlar, elə bil tələbədirlər Deputat
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hər şeyi imtahana çevirmək doğru deyil.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.
Müzakirə zamanı deputat həkimlərin imtahan olunmasına qarşı çıxıb:
"Həkim uzun müddət oxuyub, təhsil alıb. Əgər o, diploma layiq deyilsə, dövlət imtahanından kəsilməlidir. Dövlət diplomu təsdiq edib. Həkim praktiki işlə məşğul olur, xəstələrlə görüşür. Biliklərin artırır. Düşünürəm ki, nazirlikdə bir qrup yaradılmalıdır və tibbi yenilikləri həkimlərin diqqətinə çatdırmalıdır. Yoxsa 5 ildən bir çağırıb imtahan verirlər. Elə bil tələbədirlər. Yeni tibbi cihazların tətbiqi və s. məsələlər onlara izah edilməlidir. Yoxsa hər şey imtahana çevirmək?.. Bütün sahələrdə belə olmalıdır. 5 il universitet oxuyub, əgər işini bilmirsə, onsuz da işdən çıxaracaqlar. Hər şey imtahandır, olmaz belə. Gələcəkdə bu məsələyə baxmaq lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















