“5 ildir yataq xəstəsidir, pensiya ala bilmir” Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Astara rayonunun Şiyəkəran kənd sakini, 43 yaşlı Sadiq Əhədov təxminən 5 ildir ki, yataq xəstəsidir. Onun sol əli və ayağı iflic olub, hərəkət edə bilmir. Bundan əlavə, baş nahiyəsində 18 santimetrlik şiş var və bu səbəbdən görmə və eşitmə qabiliyyətini də itirib. Bu vəziyyətdə olmasına baxmayaraq, əlilliklə bağlı pensiya ala bilmir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xəzər TV-yə onun əmisi müraciət edib.
O bildirib ki, hazırda ciddi sosial çətinliklərlə üzləşən Sadiq əmək qabiliyyətini itirdiyi üçün pensiya təminatı ilə bağlı aidiyyəti qurumlara bu ilin may ayında müraciət edilib. Müraciətdən təxminən 5 ay keçməsinə baxmayaraq, hələ də bir nəticə yoxdur.
Sadiq Əhmədovun vəziyyətinin daha da ağırlaşdıran məqam isə onun tək yaşamasıdır. Anasının vəfatından sonra tamamilə köməksiz qalıb.
Problemlə bağlı TƏBİB-dən bildirilib ki, əlilliyin qiymətləndirilməsi məqsədilə S.Əhmədovun baş nahiyəsindəki sümük defektinin ölçüləri düzgün müəyyən edilmədiyinə görə vətəndaş təkrar rentgen müayinəsi və sümük defektinə uyğun kodun təyin edilməsi üçün Astara RMX-na yönləndirilib.
Tibbi sənədlərdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra vətəndaşa Forma 88 rəsmiləşdirilib və sentyabrın 29-da Əlillik alt sisteminə daxil edilib.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 13 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















