Icma.az
close
up
RU
5 nəhəngdən gözlənilməz zərbə: Kreml yeni müttəfiq tapdı Adlar

5 nəhəngdən gözlənilməz zərbə: Kreml yeni müttəfiq tapdı Adlar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın “Lukoyl” və “Rosneft” şirkətlərinə tətbiq etdiyi yeni sanksiyalar Asiyanın enerji bazarında balansı dəyişməyə başlayıb. “Blumberq” agentliyinin məlumatına görə, Hindistanın beş böyük şirkəti dekabrda keçirilən tenderlərdə Rusiya neftini çıxarıb. Söhbət “Reliance Industries”, “Bharat Petroleum”, “Hindustan Petroleum”, “Mangalore Refinery and Petrochemicals” və “HPCL-Mittal Energy”dən gedir. Sözügedən müəssisələr ehtiyat edirlər ki, Kremlə bağlı enerji nəhəngləri ilə əməkdaşlıq onları ikinci dərəcəli ABŞ sanksiyaları riski ilə üz-üzə qoya bilər.

Hazırda yalnız “Indian Oil” və “Nayara Energy” Rusiya ilə müqavilələri davam etdirir. Amma “Indian Oil” gələn ilin ilk rübü üçün Şimali və Cənubi Amerikadan 24 milyon barelədək neft sifarişi verməklə kursunu tədricən dəyişir.

Bu proses Rusiya neftinin qiymətinə, qlobal bazardakı payına və Asiya enerji axınlarına necə təsir göstərəcək? Hindistanın və Çinin alışları azaltdığı halda, Kreml bu nefti hansı bazarlara yönəldə bilər? Prezident Vladimir Putin zərərin qarşısını almaq üçün hansı addımlar ata bilər?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Hindistan və Çin kimi böyük istehlakçıların Rusiya neftindən imtinası tələbatın azalmasına səbəb olur:

“Buna görə də qısamüddətli dövrdə Rusiya neftinin qiyməti düşə bilər. Uzunmüddətli perspektivdə isə Moskva alternativ bazarlara çıxış tapsa, qiymətin müəyyən səviyyədə stabilləşməsi gözlənilir. Çin və Hindistan alışlarını azaldırsa, Rusiya neftinin qlobal bazardakı payı ciddi şəkildə azalacaq. Bunun əvəzinə, digər neft istehsalçıları bazar payını artıra bilər. Ümumiyyətlə, hər iki ölkənin Rusiya neftindən imtina etməsi Asiyada enerji axınlarının yenidən formalaşmasına gətirib çıxarır. Düşünürəm ki, qonşu ölkə məhsulunu əsasən başqa bazarlara yönləndiriləcək. Bununla da logistika xərclərinin artması mümkündür. Çin və Hindistan isə nefti digər mənbələrdən, Mərkəzi Asiya, Səudiyyə Ərəbistanı, ABŞ-da alacaq, enerji axınları dəyişəcək. Rusiyanın Afrikaya, Latın Amerikaya yaxud Türkiyə və Avropanın bəzi ölkələrinə də nefti göndərə biləcəyi ehtimal edilir”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Rusiya endirimli qiymətlərlə satış edərək bazar itkisinin bir hissəsini kompensasiya edə bilər:

“Çünki qlobal neft axınları dəyişir, ticarət yolları və müqavilələr yenidən formalaşır. Qiymətlərin dalğalanması artır, bəzi bölgələr ucuz neftdən faydalanır, bəzi yerlərdə isə qiymətlər qalxır. Uzunmüddətli perspektivdə enerji bazarında geosiyasi və iqtisadi güc balansları dəyişə bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri