Icma.az
close
up
RU
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var DETALLAR KONKRET

5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var DETALLAR KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Xəzər dənizinin səviyyəsinin enməsi Azərbaycanda da ciddi nəticələrə səbəb olub. Məlumata görə, son illərdə dəniz suyunun geri çəkilməsi nəticəsində ölkədə 40 min hektara yaxın yeni torpaq sahəsi üzə çıxıb. Bu ərazilər, əsasən sahilyanı zonalarda formalaşıb və onların gələcək taleyi ilə bağlı müxtəlif müzakirələr aparılır.

Bu torpaq sahələrinin meydana çıxması hansı imkanlar və risklər yaradır? Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi region üçün uzunmüddətli fəsadlara səbəb ola bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib ki, bəzən Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində əlavə torpaq sahələrinin yarandığı görünür:

“Bu, ilk baxışdan insanlarda müəyyən cəlbedici hisslər yarada bilər və torpaqlardan müxtəlif məqsədlərlə istifadə etmək olar. Xüsusilə biznes tərəfdaşlarımıza demək istəyirəm ki, əvvəllər dənizin altında olmuş ərazilərdə qəti heç bir şey tikməsinlər. Çünki dənizin səviyyəsinin qalxıb-qalxmaması ilə bağlı dəqiq proqnoz yoxdur. Xəzər dənizinin səviyyəsinin dəfələrlə enməsi, və ya əksi tarixən müşahidə olunub. Buna görə də diqqətli olmaq lazımdır”.

Mütəxəssis qeyd edib ki, sahil ərazilər geriyə çəkilir, çoxlu dayazlıqlar yaranır və dərinliyin azaldığı yerlərdə su daha tez qızır:

“Bu isə həll olunmuş oksigenin azalmasına və ekosistemlərə ciddi təsirlər göstərir. Digər tərəfdən, Xəzər sahillərində ərazilərin boşalması gələcəkdə qum fırtınaları və daha tozlu, qumlu hava şəraitinin yaranmasına səbəb ola bilər. Bu, tamamilə real təhlükədir. Gəmiçilik üçün də risklər mövcuddur. Bilirik ki, Xəzərin suyundan bir çox məqsədlərlə istifadə olunur və hazırda Azərbaycanda həmin suyun şirinləşdirilməsi üçün qurğular tikilir. Neft platformalarında da problemin təsirləri hiss olunur. Qayıqların hərəkəti bəzən mümkünsüz olur, bəzən isə neft platformalarına yanaşmaları çətinləşir. Bütün bunlar ciddi problemlərdir və artıq bu məsələlər Milli Adaptasiya Proqramında öz əksini tapıb”.

Ekspert qeyd edib ki, ölkəmiz mövcud problemlərə uyğunlaşmaq üçün sahil idarəçiliyini Milli Adaptasiya Proqramının əsas istiqamətlərindən biri kimi müəyyən edib:

“Artıq ilkin proqram hazırlanıb və hazırda regional adaptasiya proqramları üzərində iş aparılır. Bu da gələcəkdə yerli fəaliyyətlərin uyğunlaşmanı daha effektiv dəstəkləməsinə imkan verəcək”.

Qeyd edək ki, 5 ölkə – Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan Xəzər dənizinin sahil xəttini paylaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 İyul 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri