Icma.az
close
up
RU
5 qəpiyə dəyməyən 5 illik legioner həyatı! YAZI

5 qəpiyə dəyməyən 5 illik legioner həyatı! YAZI

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yığmamız DÇ-2026-ın seçmə mərhələsində ilk iki oyunu arxada qoydu. Reykyavikdə tarixə qara hərflərlə yazılan məğlubiyyətin ardından Bakıda İslandiyadan daha güclü Ukraynadan 1 xal ala bildik. Fərqli olan əsas məqam hamıya bəllidi – baş məşqçi dəyişmişdi. Nə isə, sözüm bunda deyil, başqa dərdim var - Mahir Emreli...

Nə qədər ağır olsa da, futbolumuzun əsas ulduzu Mahirdi. Ən irəlidə gedəni, Rusiyada dünyaya gəlib Azərbaycanda böyüsə də, beş ildi israrla legioner həyatı yaşayanı. Amma nə xeyrini görmüşük? “Legiya”ya təzə-təzə gedəndə Avropa Liqasında “Lester”ə, “Napoli”yə qol vurdu, Azərbaycan mediası – biz qarışıq – onun piarını apardıq, sonra çempionatdakı uğursuzluqdan, azarkeş təzyiqindən bezib Zaqrebə - “Dinamo”ya yollandı. “Dinamo” əslində ad-san baxımından Varşava təmsilçisindən daha nüfuzlu klubdu, amma özünü göstərənə.
Sən isə ancaq ehtiyatda qaldın, Mahir - gah zədələr, gah da rəqabətə davam gətirə bilməmək üzündən. Ehtiyatda qala-qala titullar qazandın. Xorvatiyalı azarkeşlər biz Redon Cicanı, Xayme Romeronu gördüyümüz kimi görürdülər səni.
Yarım mövsüm “Konyaspor”da oynadın, türk qardaşlarımız da səni saxlamağa cəhd etmədi. Müntəzəm Çempionlar Liqasında oynayan “Dinamo”da vur-tut bir hissə oynamadın. Qrupun son, heç bir əhəmiyyəti qalmayan matçıdan “Çelsi”yə qarşı 10-15 dəqiqə oynadıq. Həmişə başımızın üstündə tutduq səni, amma sən bu istəyin fərqində olmadın sanki.
“Nürnberq”ə getdin, nə oldu? Statistika uğuru görünür – 24 oyun, 10 qol. 34 turluq çempionatda 24 oyuna çıxdın, bu oyunlarda da ya sona yaxın meydana çıxdın, ya da start heyətində oynayıb, sonradan oyundan alındın. Miroslav Kloze ilə yaxşı yola getmədin, “Nürnberq” mərhələsinin nə sənə xeyri oldu, nə də bizə. Bizə deyəndə milli komandanı nəzərdə tuturam. Bu məsələyə də qayıdacam.
“Nürnberq” mövsüm başa çatmamış səninlə yolları ayırmağa qərar verdi. Camaat 2-ci bundesliqadan “Brügge”yə, 1-ci bundesliqaya, başqa səviyyəli yerlərə gedir, sən isə “Nürnberq”lə eyni səviyyədə olan “Kayzerslautern”i seçdin. Halbuki önündə 1-ci bundesliqadan da təklif var idi. Bu dəfə də pul sənə karyerandan daha önəmli oldu. “Kayzerslautern”də də məşqçinin planları şəxsi nəticələrini aşağı salır. Gözləniləni ala bilmirik səndən. “Kayzerslautern”lə oyunda het-trik edən Mahir “Kayzerslautern”də 90 dəqiqə oynaya bilmir.
Nəyə görə yaşayırsan legioner həyatını? Legionerliyin məqsədi yığmaya daha çox xeyir verməkdi, təcrübəni komandaya ötürməkdi. Sən nə edirsən? İslandiya və Ukrayna ilə matçlarda iki zərbə vurmusan. Bu zərbələr də “çərçivə”yə getməyib. Biri aya gedib, o biri çaya. Yığmanı bataqlıqdan çıxarmağa töhfə verməyəcəksənsə, niyə getmisən Almaniyaya? Pula görə? Ona qalsa, bəlkə “Neftçi” sənə Almaniyadakından daha çox pul verər. Yığmaya xeyrin yoxdusa, daha nəyə lazımdı bu karyera? Qəsəbə təmsilçilərinin də futbolçuları İbitsaya gedir istirahətə.
İstəyirsənsə, “Deportivo”ya get. O da İspaniyanın sequndasıdı – ikinci dərəcəli çempionatıdı. Həm İbitsa kimi şəhərdə qalarsan, həm də rahat istirahət edərsən. Sən hücumçusan. Hücumçunun işi qol vurmaqdı, qola şərait yaratmaqdı. 10 ilə yaxındı əsas yığmanın üzvüsən, 56 oyuna çıxmısan, cəmi 6 qolun var. Bu statistika ilə də fəxr edirik ki, Mahirimiz var. Ukrayna ilə oyun da sən və çiyindaşın Renat meydandan çıxandan sonra sürətləndi. Musanın o qısa müddətdə etdiyini sən nə İslandiyada, nə də Bakıda etdin.
Sən Qurban Qurbanovun inadkarlığının layihəsisən. Necə Nəriman Axundzadə, necə Şahruddin Məhəmmədəliyev, necə Əfran İsmayılov, elə də sən. Bir-iki həftə yox, daim uğurlu olmaq lazımdı. Təəssüf ki, sən bunu bacarmırsan. Uman yerdən küsərlər! Görünür, səndən ummaqla böyük səhv etmişik!
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri