Icma.az
close
up
RU
5 qurum suala cavab tapa bilmədi və ya... Xəzərdəki rəngin izi ilə

5 qurum suala cavab tapa bilmədi və ya... Xəzərdəki rəngin izi ilə

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Türkan çimərliyində son günlər müşahidə olunan xoşagəlməz mənzərə yerli sakinlərin ciddi narazılığına səbəb olub. Dəniz suyunun rənginin qara çalara bürünməsi həm ekoloji vəziyyət, həm də insanların sağlamlığı ilə bağlı suallar doğurur.

Çimərliyə üz tutan sakinlər və istirahətə gələnlər bildirirlər ki, suyun qara rəngdə olması onlarda narahatlıq yaradıb. 

Ölkə.Az məsələni araşdırmağa çalışıb.

İlk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, Xəzər dənizi ilə bağlı bu cür məsələlərə artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdehdir.

Məsələni öyrənmək üçün Dövlət Su Ehtiyatları Agentliyi ilə də əlaqə saxladıq. Lakin qurum əməkdaşları bizi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yönləndirdi. Təəssüf ki, ünvanladığımız sorğu cavabsız qaldı.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti də reaksiya vermədi. Ardınca sorğu ilə bu xidmətə müraciət etdik, lakin buradan da suallarımıza cavab tapa bilmədik.

Sonuncu cəhd də nəticəsiz qaldı. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə də müraciət etdik. Qurumun nümayəndələri isə qeyd etdilər ki, məsələ ilə bağlı səlahiyyət yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsusdur.

Nəticə olaraq,Türkan çimərliyində dəniz suyunun qaralması ilə bağlı məsələ hələ də açıq qalır, çünki sorğumuza dəqiq cavab verən qurum tapılmadı.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri