5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ehtimal qiyməti 59 min 442 manat 50 qəpik olan tender müsabiqəsi elan edib.
Mia.az-ın məlumatına görə, tender müsabiqəsi Yeni il korporativ tədbirinin təşkili ilə bağlıdır.
ANAMA-dan verilən məlumatda bildirilir ki, 300 nəfərin iştirak edəcəyi Yeni il tədbiri “JW Mariott”, “Mariott Bulvar Hotel”, “Fairmont Flame Towers”, “Four Season”, “Hilton”, “Hyatt Regency” hotellərində yerləşən restoran və zallarda, habelə şəhərin mərkəzində yerləşən və konsepsiyaya uyğun digər restoranlarda təşkil edilməlidir.
Tədbir 2024-cü ilin 25-30 dekabr tarixləri aralığında təqvim günlərinin birində (bazar günü xaric) saat 19:00-dan başlayaraq saat 00:00-dək təşkil edilməlidir.
Furşetin (açıq bufet) menyusu 3 pozisiyadan ibarət olmalıdır:
1) Soyuq qəlyanaltı və salatlar – 10 çeşid
2) İsti yeməklər – 6 çeşid (milli və avropa mətbəxi)
3) İçkilər
Alkoqolsuz içkilər: Cola, Fanta, Sprite, təbii şirələr, çay, kofe;
Alkoqollu içkilər (Çaxırlar): Meysəri (və ya Savalan) ağ, Meysəri (və ya Savalan) yarı quru, Meysəri (və ya Savalan) quru;
Pivələr: Efes, Corona, Erdinger, Paulaner.
ANAMA-dan həmçinin bildirilib ki, spirtli içkilər sertifikatlı olmalıdır./Yeniavaz.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 25 Noyabr 2024 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















