Icma.az
close
up
RU
“5 trilyonluq iyrənclik”: Mask Trampın layihəsini məhv etdi

“5 trilyonluq iyrənclik”: Mask Trampın layihəsini məhv etdi

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milyarder İlon Mask Prezident Donald Trampın dəstəklədiyi Respublikaçılar Partiyasının xərclər haqqında qanun layihəsini kəskin tənqid edib. O, "X" sosial şəbəkəsindəki səhifəsində yazdığı paylaşımda qanunu "çox pis iyrənclik" adlandırıb.

Bəs iki dostu hansı səbəb düşmənə çevirir?

Turkustan.az Musavat.com-a istinadən bildirir ki, politoloq Zeynal Əmrəliyev məsələyə bu cür şərh verib:

"Nümayəndələr Palatasında qəbul edilən və hazırda Senatda müzakirə olunan “The Big Beautiful Bill” – “Böyük Gözəl Qanun” adlı layihə 10 illik dövr ərzində təxminən 5 trilyon dollar dəyərində vergi endirimləri və 2 trilyon dollar xərclərin azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, dövlət borcunun hüdudlarının 4 trilyon dollar artırılması da hədəflənib. Nəzərə almaq lazımdır ki, hazırda ABŞ-ın dövlət borcu limiti 34,5 trilyon dollardır. Bu səbəbdən sözügedən tədbirlər ölkədə ciddi narahatlıq doğurur.

Zeynal Əmrəliyev

Ancaq Maskın bu vəziyyətdən öz xeyrinə istifadə etdiyini göstərən kifayət qədər faktlar da var. Məşhur milyarder iddia edir ki, Tramp qanunu Konqresdən keçirmək üçün qanunverici orqanın üzvlərinə maaşlarını 40 faiz artıracağı vədini verib. Halbuki qanun müzakirə zamanı parlamentdə ciddi şəkildə tənqid olunub və hazırda da konqresmenlərin maaşlarının artırılması məsələsi gündəmdə deyil.

Digər tərəfdən, Mask iddia edir ki, Tramp hökuməti yeni qanundan sonra bioloji silah laboratoriyalarını maliyyələşdirəcək. Bu iddia da mütəxəssislər tərəfindən ciddi şəkildə tənqid olunub.

Buna baxmayaraq, Respublikaçılar Partiyası daxilində Maskın fikirlərini dəstəkləyən şəxslər də var. Məsələn, senatorlar Rand Paul və Mayk Li Maskın mövqeyini bölüşərək qanunu sərt şəkildə tənqid edirlər. Bununla yanaşı, Nümayəndələr Palatasının sədri Mayk Conson başda olmaqla qanunverici orqanın əksər üzvləri layihəni dəstəkləyirlər".

Politoloq qeyd edir ki, yeni qanun layihəsi beynəlxalq təşkilatlar tərəfindən də narahatlıqla izlənilir:

"Çünki layihədə sosial proqramlara ayrılan vəsaitlərin azaldılması və təmiz enerji təşviqatının məhdudlaşdırılması ilə bağlı maddələr mövcuddur. Bunun qarşılığında isə Tramp administrasiyası müdafiə və sərhəd təhlükəsizliyi xərclərinin artırılmasını tələb edir.

Daha bir təşviş doğuran məsələ isə maksimal borclanma limiti ilə bağlıdır. Əgər bu limit artırılmasa, ABŞ yeni borc ala bilməyəcək. Bu isə defolt riskini yüksəldir. ABŞ-ın bu riskləri artırmaqla eyni zamanda qlobal bazarda da ciddi inamsızlıq yaratması ehtimalı mövcuddur.

Qeyri-adi situasiyalardan biri də Trampın Federal Ehtiyat Sistemindən (FED) faiz dərəcələrini azaltmağı istəməsidir. Bu, iqtisadi fəallığın dəstəklənməsi baxımından müsbət görünə bilər, lakin borclanmanı daha da çətinləşdirə bilər.

Mask bu məsələni xüsusi olaraq vurğulayaraq Trampı maliyyə məsələlərində daha məsuliyyətli olmağa çağırıb.

Baş verən hadisələr göstərir ki, ABŞ mövcud vəziyyətdən çıxmaq üçün böyük risklərə gedir. Bu isə təkcə ABŞ-ı deyil, bütün qlobal bazarı da çox çətin vəziyyətə sala bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyun 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri