Icma.az
close
up
RU
50 000 ilə çatacaq qədər ehtiyat kəşf edildi Bəşəriyyət XİLAS OLACAQ

50 000 ilə çatacaq qədər ehtiyat kəşf edildi Bəşəriyyət XİLAS OLACAQ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-li alimlər okean suyundan litium, maqnezium və digər strateji mineralların yüksək səmərəliliklə ayrılmasına imkan verən yeni texnologiya hazırlayıblar. Tədqiqat müəllifləri bildirirlər ki, dünya okeanlarındakı suyun cəmi 0,1 faizindən istifadə etməklə əldə edilə biləcək minerallar bəşəriyyətin təxminən 50 min illik tələbatını ödəyə bilər.
Bizim.Media xəbər verir ki, araşdırma ABŞ-ın Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasında (PNNL) həyata keçirilir.
Layihənin əsas məqsədi okean suyunda mövcud olan strateji mineralları sənaye və kommersiya miqyasında iqtisadi cəhətdən səmərəli şəkildə əldə etməkdir.
ABŞ Energetika Nazirliyinin Su Enerjisi Texnologiyaları Ofisinin də dəstək verdiyi layihə çərçivəsində alimlər qeyd edirlər ki, okean suyunun kimyəvi tərkibi dünyanın müxtəlif bölgələrində demək olar ki, eyni olduğundan hazırlanmış texnologiya qlobal miqyasda tətbiq oluna bilər.
 

Mütəxəssislərin sözlərinə görə, əsas çətinlik litium, nikel, kobalt və nadir torpaq elementlərinin dəniz suyunda çox aşağı konsentrasiyada olmasıdır. Maqnezium isə nisbətən yüksək miqdarda mövcuddur.


Hesablamalara əsasən, təxminən 2,3 milyon litr həcmə malik olimpiya üzgüçülük hovuzu qədər dəniz suyunda təxminən 2 980 kiloqram maqnezium, 420 qram litium və çox cüzi miqdarda nikel mövcuddur.
Bu problemi aradan qaldırmaq üçün alimlər "paralel axınlı reaktor" adlandırılan yeni sistem hazırlayıblar. Texnologiya dəniz suyunun natrium hidroksidlə fasiləsiz reaksiyaya girməsini təmin edir və nəticədə yüksək təmizlik dərəcəsinə malik maqnezium hidroksid əldə edilir.
Hazırlanan modul sistemlərin gələcəkdə fəaliyyət göstərən dəniz suyunun duzsuzlaşdırılması zavodlarına inteqrasiya edilməsi planlaşdırılır.
Hesablamalara görə, ABŞ-ın Kaliforniya ştatındakı Karlsbad duzsuzlaşdırma zavodunda bu sistem tam gücü ilə işlədiyi halda gündə 524 min kiloqram maqnezium hidroksid istehsal etmək mümkün olacaq. Bu isə ABŞ-ın hazırkı gündəlik tələbatından üç dəfədən çoxdur.
Layihə çərçivəsində sıfır tullantı prinsipi də nəzərdə tutulur. Alimlər maqnezium ayrıldıqdan sonra qalan duzlu sudan turşu və qələvi kimyəvi maddələrin alınmasını, digər yan məhsulların isə akvakultura və müxtəlif sənaye sahələrində istifadəsini planlaşdırırlar.
 

Tədqiqatçılar bildirirlər ki, dəniz yosunlarının bəzi növləri kritik mineralları ətraf mühitdəki sudan bir milyon dəfəyə qədər yüksək konsentrasiyada toplamaq qabiliyyətinə malikdir. Bu xüsusiyyət gələcəkdə strateji mineralların əldə olunması üçün yeni və daha səmərəli üsulların inkişafına töhfə verə bilər.


Alimlərin fikrincə, texnologiya sənaye miqyasında uğurla tətbiq olunarsa, litium və digər kritik mineralların təminatında yeni dövr başlaya, bu isə enerji texnologiyaları, elektromobillər və batareya istehsalı sahəsində qlobal bazara əhəmiyyətli təsir göstərə bilər. (Musavat.com)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 İyul 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri